Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədə laçınlı qəhrəman Sultan bəyə heykəl qoyulacaq
Türkiyədə laçınlı qəhrəman Sultan bəyə heykəl qoyulacaq
01 May 2017 / 16:48 / Baxış sayı: 256
Font1 Font2 Font3 Font4

Türkiyədə Laçından olan qəhrəman Sultan bəyə heykəl qoyulacaq. Erməni silahlı dəstələrinə qarşı mübarizə aparan qəhrəmanın Qarsın Koçköy kəndindəki məzarı üzərində fotosu olan lövhə qoyulub.

Məzarı ziyarətə gələn Azrbaycan Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi nin baş dorektoru Göksel Gülbey, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və digərləri qəhrəmanın məzarını ziyarət rediblər. Koçköy kənd qəbiristanlığında qoyulacaq abidənin azərbaycanlı millət vəkili Mahir Abbaszadənin hazırlatacağı bildirilir.

Məzarı ziyarət zamanı çıxış edən İsmayıl Ağayev Sultan bəyin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışaraq onu xalqımızın milli iftixarı adlanıdırıb.

“Bu gün dünya Azərbaycana və Türkiyəyə qarşı ikili oyun oynayır, Ermənistanı müdafiə edirlər. Biz buradan, Sultan bəyin məzarı üzərindən Avropaya səslənirik. Avropa Birliyində olan dövlətlər Türkiyədən əllərini çəksinlər. Onlar nə qədər Ermənistanı müdafiə etsələr də, Azərbaycanın milli ordusu mütləq bir gün işğal altında olan torpaqlarımızı azad edəcək! Soltan bəyin doğulduğu Laçın ermənilərdən təmizlənəcək!”, – deyə Beyəlxalq Diaspora Mərkəzinin rəhbəri bildirib.

Göksel Gülbey isə çıxışında torpaqlarımızı qorumaq, bizə miras qoymaq üçün canlarını, qanlarını qurban verən belə qəhrəmanlara hər zaman sahib çıxmalı olduğumuzu qeyd edib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev də çıxışında Azərbaycanda Türkiyə, Türkiyədə Azərbaycan şəhidləri olduğunu dilə gətirib. Bildirib ki, bu eyni torpağın, eyni millətin olmasına işarədir.

Qeyd edək ki, Soltan bəy Paşabəyoğlu 1871-ci ildə Laçın şəhərində dünyaya gəlib. I Dünya Müharibəsində ruslara, 1918-20-ci illərdə isə Qarabağ ermənilərinə qarşı döyüşüb.

Azərbaycanda sovet rejimi qurulandan sonra ailəsilə İrandan Qarsa gəlib və 1950-ci ildə Koçköydə vəfat edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə