Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda inflyasiya zəifləyəcək – BMT
Azərbaycanda inflyasiya zəifləyəcək – BMT
01 May 2017 / 17:43 / Baxış sayı: 334
Font1 Font2 Font3 Font4

BMT-nin İqtisadi-sosial komissiyası ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırır.

“APA-Economics” komissiyanın hesabatına istinadən xəbər verir ki, BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2%, 2018-ci ildə isə 1,2% artacağını güman edir.
Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq: “Lakin 2017 və 2018-ci illər üçün müvafiq olaraq proqnozlaşdırılan 7,9% və 5,8% göstəriciləri sonuncu dəfə proqnozlaşdırılan rəqəmdən daha yüksəkdir”.
Ekspertlərin proqnozuna əsasən, dünya bazarlarında neftin bahalaşması ölkənin iqtisadi vəziyyətin yaxşılaşmasına səbəb olacaq. Buna baxmayaraq, BMT-nin ekspertləri hesab edirlər ki, ölkədə fiskal gərginlik qeyri-neft sektorundakı iqtisadi aktivliyi azalda bilər. “Ümumilikdə, bazarın zəif inkişafı və makroiqtisadi siyasətin əlverişliliyinin məhdud olması iqtisadiyyatın şoklara davamlılığını azaltmaqda davam edir”, – deyə hesabatda qeyd olunub.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə