Belə halda sual meydana gəlir ki, orta məktəblərdən ali təhsil müəssisələrinə qəbul üçün şagirdlərin sənəd verməməsinin səbəbi nədir? Təbii ki, sualın birbaşa cavabı heç də gizli deyil. Bəs görəsən, buna görə məsuliyyəti kim daşıyır?

Məsələ ilə əlaqədar açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, son illər ərzində ali məktəblərə qəbul prosesində çox passiv iştirak edirlər: “Xoşagəlməz hal odur ki, bəzi orta məktəblər son beş il ərzində böyük məbləğdə vəsait xərclənərək təmir olunub”.

“Hazırda ixtisasdəyişmə ilə müəllimlik adını alıb direktor işləyən şəxlər var, bu, yolverilməzdir”

Ekspert hesab edir ki, bəzi orta məktəblərdə universitetlərə sənəd verməyən məzunlara görə məsuliyyəti həmin orta məktəbin direktoru daşımalıdır.

Ekspertin sözlərinə görə, bəzi direktorlar başqa ixtisasa sahib olub sonradan müəyyən yollarla direktor olublar: “Nəticələri zəif olan məktəblərə nəzər saldıqda görürük ki, onlara rəhbərlik edənlər qeyri ixtisasın nümayəndələridir. Yəni, direktorluq haqında qanunun tələbinə görə yalnız ali pedaqoji təhsili olanlar məktəbə rəhbərlik edə bilərlər. Bu, o deməkdir ki, onlar təhsili dərindən bilənlərdir.

Lakin hal-hazırda qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq dinşunaslıq ixtisasını bitirmiş, ixtisasdəyişmə ilə müəllimlik adını alıb direktor işləyən şəxlər var. Onlar direktorluğa Təhsil Nazirliyi tərəfindən keçrilən imtahanlarda qalib gələ bilməmələrinə baxmayaraq, hansısa yolla təyin olunublar”.

“Bu direktorlar və nəticələri zəif olan məktəblər barəsində ciddi tədbir görmək, hatta onları bağlayıb yaxınlıqdakı məktəblərə birləşdirmək lazımdır”

K.Əsədov bildirib ki, bu direktorların məktəb rəhbərliyində qalması Azərbaycan təhsilinə təhlükədir: “Hesab edirəm ki, iki il ərzində məzunlarının ali məktəblərə qəbul imtahanlarında uğur qazanmayan məktəb direktorları vəzifədən kənarlaşdırılmalıdır. Onlar uzun müddətdir ki, öz qohum – tanışlarını məktəbə cəlb edib orta ailə mafiyası yaradıblar və dövlət vəsaitini mənimsəyirlər. Hesab edirəm ki, bu direktorlar və nəticələri zəif olan məktəblər barəsində ciddi tədbir görmək, hatta onları bağlayıb yaxınlıqdakı məktəblərə birləşdirmək lazımdır”.

arxiv.bizimxeber.az