Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycandan Rusiyaya yol bağlanır
Azərbaycandan Rusiyaya yol bağlanır
02 May 2017 / 10:36 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

Rusiya-Azərbaycan sərhədindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar Azərbaycandan gedən TIR-ların sərhədi keçməsi mümkün olmayacaq.

Virtualaz.org xəbər verir ki, bu haqda “RİA Dagestan” agentliyi bildirir. Belə ki, “Yaraq-Qazmalar”da körpü tikintisi ilə bağlı hərkətin dayandırılacağı bir vaxtda TIR-ların hərəkəti üçün alternativ marşrut mövcud deyil. Çünki “Yaraq-Qazmalar” TIR-ların hərəkəti üçün yeganə münasib məntəqədir.

“Ehtiyat variant” kimi ağırtonnajlı yük maşınlarının “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsindən keçməsi təklif olunur. Lakin bu marşrutun da öz problemi var-oradan federal “Qafqaz” trasına çıxan yol mövcud deyil. Hansı ki, həmikn trasla yük maşınları Rusiyanın digər regionlarına hərəkət edir.

Məlumata görə körpünün tikintisi yaxın vaxtlarda başlayacaq. “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsini federal trasla birləşdirən yolun tikintisi isə bu il ərzində başlamalıdır. Hazırda Dağıstan hökuməti mümkün variant kimi “Tahirkənd-Qazmalar”dan “Qafqaz” federal trasına qədər asfalt örtüyü olmayan müvəqqəti yolun salınmasını nəzərdən keçirir. İstənilən halda körpü tikintisi Azərbayan-Rusiya sərhədində nəqliyyat kollapsına gətirib çıxara bilər.

Xatırladaq ki, bu son zamanlar Azərbayandan Rusiyaya yükdaşımalarda meydana çıxan birinci problem deyil. Bundan əvvəl Rusiya tərəfi sərhəddən yük maşınlarının keçməsini ləngidirdi və nəticədə uzun növbələr yaranırdı. Bu məsələ ilə bağlı dəfələrlə Azərbaycan və Rusiya hökumət rəsmiləri arasında müzakirələr olub. Daha sonra “Platon sistemi”inə etiraz olaraq Rusiyanı bürüyən və episentri Dağıstan olan sürücü tətilləri nəticəsində Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar faktiki olaraq dayandı. Tətil cəmi bir neçə gündür ki, səngiyib və Dağıstan üzərindən yükdaşımalar qismən bərpa olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə