Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda vulkan püskürdü – YENİLƏNİB
Azərbaycanda vulkan püskürdü – YENİLƏNİB
02 May 2017 / 11:47 / Baxış sayı: 370
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Lökbatan palçıq vulkanının püskürdüyü əraziyə baxış üçün yollanıb.

 

Şöbənin müdiri Adil Əliyev Lent.az-a bildirib ki, püskürən vulkanla bağlı AMEA Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq. Ondan sonra vulkanın püskürmə səbəbi bəlli olacaq.

 

***

Bu gün səhər saat 08 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Bu barədə arxiv.bizimxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Hazırda vulkan aktivliyi baş verən ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.

Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.

Qeyd edək ki, sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə