Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatları “işdən çıxarmaq” qanunu birinci oxunuşdan keçdi: “Heç qorxana oxşamırsan…” – YENİLƏNİB
Deputatları “işdən çıxarmaq” qanunu birinci oxunuşdan keçdi: “Heç qorxana oxşamırsan…” – YENİLƏNİB
02 May 2017 / 15:39 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4

“Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi bu gün parlamentin müzakirəsinə çıxarılıb. Qanun layihəsi haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Deputat Zahid Oruc isə sənədə etiraz edib. O qeyd edib ki, bununla parlament məhkəmə səlahiyyətlərini mənimsəmiş olacaq. Onun sözlərinə görə, dünya təcrübəsində belədir ki, cəzanın sərtləşdirilməsi cinayətin qarşısını almır.

“Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, onun qərarı ilə də sonlandırırıq. Ancaq biz daxili nizamnamədə dəyişiklik edəcəyiksə, bununla parlamentin nüfuzuna zərbə dəyə bilər. Eyni zamanda, əgər Milli Məclis öz üzvünü deputatlıq səlahiyyətindən məhrum edirsə, onda məhkəmənin səlahiyyətini mənimsəmiş olacaq. Ancaq, məsələn, region ölkələrində belə bir kodeks yoxdur. Bu yaxınlarda Gürcüstan parlamentində kimsə qələmlə başqasının başını yarmışdı. Buna görə heç bir cəza almamışdı. Amma Gürcüstan parlamenti dövlət quruculuğunda mühüm yer tutur”.

Zahid Oruc bildirib ki, bir çox ölkədə deputat haqda belə qanun yoxdur: “Məsələn, bu məsələdə birinci yerdə Danimarka parlamentidir. Orada belə bir qanun yoxdur. İndoneziyada belə bir qanun var, amma bu məsələ ilə bağlı dünya sıralamasında 88-ci yerdə dayanır. Bu, qanun layihəsi qəbul olunsa, parlamentdə qorxaqlıq yaradacaq, özünü senzuraya gətirib çıxaracaq”.

Zahid Oruc bildirib ki, obrazlı şəkildə bu, sanki Bibliyadan xütbələrin oxunmasıdır: “Əgər biz gerçəkdən də belə dəyişiklik edəcəyiksə, bu, parlamentin nüfuzuna zərbədir. Düşünməyin ki, dövlət güclü, parlament zəif ola bilər”-deyə o bildirib.

Milli Məclis sədri Oqtay Əsədov isə Zahid Orucun çıxışına reaksiya verib: “Heç qorxağa oxşamırsan, bayaqdan elə danışırsan. Burada səlahiyyət mənimsənilməsindən söhbət gedə bilməz”.

Qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.

Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Qeyd olunub ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir.

Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.

Milli Məclis sədri Oqtay Əsədov sonda bildirib ki, qanun layihəsində bəzi müddəalar yumşaldılmalıdır. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. (APA)

*   *   *12:03

“Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb. (APA) Xəbərə görə layihə əvvəldən iclasın gündəliyinə salınaraq, təsdiqlənmişdi. Layihənin bugünkü plenar iclasın gündəliyindən çıxarılma səbəbi açıqlanmır.

Bu qanun layihəsi Milli Məclis deputatlarının etik davranış qaydalarını tənzimləməyi nəzərdə tuturdu və layihədə göstərilirdi ki, deputatlar bahalı hədiyyələr qəbul edə, öz çıxışlarında qeyri-etik ifadələr işlədə bilməz. Əgər etik davranış qaydalarının 3 dəfə pozulması baş verərdisə deputatın mandatdan məhrum edilməsi müzakirəyə çıxarılmalıydı.

Xatırladaq ki, 13 maddədən ibarət olan qanun layihəsi parlament tərəfindən hazırlanmışdı. Layihənin komitələrin birgə iclasında müzakirələri zamanı insan hüquqları komitəsinin sədri, vitse-spiker Bahar Muradova qanun layihəsnin Konstitusiyaya edilən dəyişikliklərin tələbi olduğunu bildirib.

“Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir. Dünyanın bir çox ölkəsində müvafiq dövlət qurumlarının, seçkili orqanların rəhbərlərinin, bələdiyyə üzvlərinin, dövlət qulluqçularının, o cümlədən parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var. Bu qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyinin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələl gətirə biləcək hərəkətlərdən çəkindirməkdir. Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb”-Bahar Muradova deyib.

Lakin layihənin müzakirəsi zamanı bəzi deputatlar narazılıq ifadə ediblər, xalq tərəfindən seçilən şəxsin mandatının alınmasının qanun layihəsinə əsasən xeyli asanlaşdırılmasını düzgün saymayıblar. Məsələn, deputat Qüdrət Həsənquliyev deyib ki, əgər bu layihə qəbul edilsə deputatın mandatını almaq “hansısa fermada mal-heyvanın altını təmizləyən maldarın” sahibkar tərəfindən işdən azad edilməsindən daha asan olacaq. Bahar Muradova isə bu müqayisəni “qüsurlu” adlandırıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə