Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bütün Azərbaycan ayağa qalxmalıdır” – Zeynəb Xanlarova
“Bütün Azərbaycan ayağa qalxmalıdır” – Zeynəb Xanlarova
02 May 2017 / 13:17 / Baxış sayı: 650
Font1 Font2 Font3 Font4

“Mən həmişə demişəm ki, Türkün gücü tükənməzdir. Türkün gücünü görən Avropa Şurası Parlament Assambleyası əlbəttə belə qərəzli hərəkətlər edəcək”.

arxiv.bizimxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zeynəb Xanlarova bu gün keçirilən plenar iclasda deyib.

Z.Xanlarova bildirib ki, AŞPA-nın qərarı bütün Azərbaycan xalqını qəzəbləndirib: “Mən çox xahiş edirəm, bütün parlament adından etirazımızı bildirək. Çünki belə bir hərəkət, Türkiyəyə qarşı olan qərar, o biri gün bizə qarşı olacaq. Biz özümüzü Türkiyədən ayıra bilmərik. Nəinki parlament deputatları, bütün Azərbaycan xalqı ayağa qalxmalıdır. Bizə bir şey olanda Türkiyə dayanır arxamızda, indi də biz Türkiyənin yanında olmalıyıq”.

Xatırladaq ki, AŞPA Türkiyənin postmonitorinqdən çıxarılaraq yenidən monitorinq altına alınması ilə bağlı qərar qəbul edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə