Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəraniskinin düşmənlərinin ARVAD DAVASI – FOTO
Lənkəraniskinin düşmənlərinin ARVAD DAVASI – FOTO
02 May 2017 / 14:27 / Baxış sayı: 1664
Font1 Font2 Font3 Font4

Rusiyada yeraltı dünyanın gizlinləri yenidən yerin üstünə çıxıb. Nüfuzlu restoran olan “Elements”in sahibəsi Janna Kim və onun vəkili Eduard Budantsevin çox etibarlı dayağının olduğu aşkarlanıb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Janna və Eduardın dizayner Fatima Misikova ilə münaqişəsinin həlli üçün qazax biznemeni Kenes Rakişev və özbək əsilli oliqarx İskəndər Mahmudov şəxsən “arvad davası”na qarışmalı olubmuş. Düzü, Fatima da arxasız deyil. Onu nüfuzlu qanuni oğru Şakro Molodoy ləqəbli Zəkəriyyə Kalaşov himayə edir.

Yeri gəlmişkən, Çeçenistan rəhbəri Ramzan Kadırov öz instaqram səhifəsində Rakişevi dostu və xalqının “knyaz”ı adlandırmışdı. “Yağmur” telekanalının (Дождь) verdiyi məlumata görə, adıçəkilən restorana “Knyaz” sponsorluq edir. 2015-ci ilin dekabrın 14-də restorana Fatima Misikovanın adamları gəlib borcu tələb edəndə Janna öz hamisinə bu barədə xəbər veribmiş.

Məsələnin münaqişə həddinə çatması belə olub: uzun illər Londonda yaşamış Janna Kim “Elements” restoranının dizaynı üçün Fatima Misikovanı dəvət edib. Amma Fatimanın işi Jannanın xoşuna gəlmədiyi üçün ona gördüyü işin pulunu tam ödəmir. Bununla yanaşı ödənilən məbləğ də az deyildi – 600 min avro! Fatima isə bu məbləğlə razılaşmır, öz himayədarı Şakro Molodoydan kömək istəyir. Hər iki mafiozun adamları 14 dekabrda restoranın qabağında görüşürlər. Lakin qoçların başı qazana sığmadığı üçün əvvəlcə əlbəyaxa dava, sonra da atışma olur ki, nəticədə iki nəfər həlak olur, yeddi nəfər yaralanır.

Eduard Budantsevi də Rakişev özü yollayıb ki, münaqişəni həll etsin. Tanınmış vəkil milyarder İskəndər Mahmudovun adamıdır. Amma Budantsev məsələni həll etmək yerinə özü həbs olunanda Rakişev məsələni pul vasitəsilə nizama salmağa çalışıb. Xüsusilə də Şakro Molodoyun adamı olan “italyan” ləqəbli mühafizəçi Andrey Koçuykovun tərəflərarası münaqişədə ölməsilə onun ailəsinə pul təklif edib.

Xatırladaq ki, münaqişə zamanı baş vermiş atışma ilə əlaqədar saxlanılanlar arasında üç hüquq-mühafizə orqanı əməkdaşı da var. Onlar: Mütəşəkkil Cinayət Axtarışları İdarəsinin rəis əvəzi Denis Romaşkin, əməliyyatçı İldar Şakirov və sahə müvəkkili Rinat Zinnetulindir. Bu əməkdaşlar vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar, on ilə qədər cəza ala bilərlər. Zinnetulin təqsirini boynuna alsa da digər ittiham olunanlar özlərini günahsız sayırlar.

Restoranın sahibəsi isə aprelin 11-də baş tutmuş məhkəmədə dəymiş zərərə görə 1,5 milyon dollar təzminat istəyir.

Eduard Budantsev isə Şakro Molodoyun atışmada iştirak edən iki adamının ölümündə təqsirləndirilir.

Xatırladaq ki, Şakro Molodoy Ded Xasan ləqəbli Aslan Usoyanın ölümündən sonra Rusiyada üç ən nüfuzlu avtoritetlərdən sayılır. O, həmçinin azərbaycanlı avtoritet mərhum Rövşən Lənkəranskinin əsas düşmənlərindən olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə