Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Daşınar əmlakın yüklülüyü haqqında” qanun qəbul olunub
“Daşınar əmlakın yüklülüyü haqqında” qanun qəbul olunub
02 May 2017 / 14:45 / Baxış sayı: 108
Font1 Font2 Font3 Font4

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi bu gün Milli Məclisdə qəbul olunub.

Trend-in məlumatına görə, bu qanun layihəsi kredit alınması zamanı girov qismində avadanlıq və digər daşınar əmlakın istifadəsinin sadələşdirilməsinə imkan verəcək.

Qanun layihəsində yüklülük predmetinin satışı, satışdan əldə olunan gəlirlərin paylaşdırılması, daşınar əmlakın qeydiyyat qaydaları və digər məsələlər əksini tapıb. Daşınar əmlak reyestri kredit təşkilatlarına girov qismində təqdim olunan obyektin digər borcla bağlı girov obyekti olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.

Qanun çərçivəsində xüsusi portal yaradılacaq və bu portal vasitəsilə hər kəs öz daşınar əmlakını qeydiyyata alaraq gələcəkdə girov qismində istifadə edə biləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə