Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtoritet “Dəli Samir”ə 11 İL HƏBS
Avtoritet “Dəli Samir”ə 11 İL HƏBS
02 May 2017 / 14:48 / Baxış sayı: 160
Font1 Font2 Font3 Font4

Qanunsuz silah saxlama və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən kriminal aləmdə “Dəli Samir” kimi tanınan Samir Aslanov və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Samir Aslanov 11 il, Fikrət Əfəndiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışında S. Aslanovun 13 il, F. Əfəndiyevin isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.

 

S.Aslanov kriminal aləmdə “Dəli Samir” ləqəbi ilə tanınıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə