Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünya Gəncəni niyə Kirovabad kimi tanıyır?
Dünya Gəncəni niyə Kirovabad kimi tanıyır?
02 May 2017 / 16:18 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

Gəncənin tarixi adının bərpasından 28 il ötür. Amma hələ də Azərbaycanın hələ də Bakıdan sonra ikinci şəhərini Kirovabad adlandıranlar var.

Belə ki, Beynəlxalq Hava Nəqliyyatı Assosasiyasında Gəncə Hava Limanının inisialı KVD, yəni Kirovabad olaraq göstərilir. Bəs bu yalnışlıq hardan qaynaqlanır? Rəsmi qurumlar dəyişikliyin edilməsi üçün hər hansı addımı niyə atmır?

Məsələ ilə ilə bağlı “Qaynar”a açıqlama verən “Azərbaycan Hava Yolları” ASC-nin (AZAL) mətbuat xilməti ilə əlaqə saxladıq. Qurumun sözcüsü problemi belə şərh etdi:

“Biz bununla bağlı assosasiyaya dəfələrlə müraciət etsək də, heç bir nəticə əldə edə bilməmişik. Bu beynəlxalq səviyyəli məsələdir. Problemin həlli qurumlar tərəfindən təsdiqlənməlidir. Ancaq onu da vurğulamalıyıq ki, təkcə bizim üçün yox, bu ümumi problemdir. Məsələn, Rusiyanın “Aeroflot” hava limanı da inisiallarda hələ də “SU”, yəni “Sovet Union” kimi göstərilir”.

Qeyd edək ki, Gəncə şəhərinin adı 22 fevral 1935-cü ildə dəyişdirilərək Kirovabad adlandırılıb. 1989-cü ildə Gəncə adı yenidən bərpa edilib. Gəncə hava limanının əsası 1948-ci ildə qoyulub, 2005-ci ildə aeroportda yenidənqurma işləri başlayıb və 2007-ci ildə istifadəyə verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə