Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çingiz Qurbanovun qardaşı təhsil haqqından azad edildi
Çingiz Qurbanovun qardaşı təhsil haqqından azad edildi
02 May 2017 / 16:55 / Baxış sayı: 104
Font1 Font2 Font3 Font4
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasında Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı Beydulla Qurbanovun təhsil haqqı məsələsi müzakirə olunub.
Universitetdən BakiPost.az-a verilən məlumata görə, AzTU-nun rektor əvəzi, Elmi Şuranın sədri Xalıq Yahudov bildirib ki, Beydulla Qurbanov universitetin Avtomatika və kompyuter texnikası (AKT) fakültəsində ödənişli əsaslarla oxuyur. Şəhid ailələrinə, Milli Qəhrəmanlara və ailə üzvlərinə qayğı göstərilməsinin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən olduğunu deyən Xalıq Yahudov Şura üzvlərinə Beydulla Qurbanovun təhsil haqqının universitetin hesabına ödənilməsini təklif edib və qərar yekdilliklə qəbul olunub.
İclasda, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə Çingiz Qurbanovun ailəsinə göstərilən qayğıdan da danışılıb. Bildirilib ki, Milli Qəhrəmanın ailə üzvlərinə Bakının Xətai rayonunda 5 otaqlı mənzil və Qusar rayonunda ev tikmək üçün torpaq sahəsi verilib. Bundan əlavə onların digər sosial problemlərinin həlli də aidiyyəti dövlət orqanlarının nəzarətindədir.
Qeyd edək ki, Milli Qəhrəman Çingiz Qurbanov özü də Azərbaycan Texniki Universitetinin məzunu olub.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə