Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minib
Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minib
02 May 2017 / 17:24 / Baxış sayı: 386
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

 

APA-nın məlumatına görə, məcəllənin 22.2-ci maddəsi ləğv edilib, habelə aşağıdakı məzmunda 22-1-ci maddə əlavə edilib:

 

“Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından ayırmalar.

Müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.

 

Qanun 2017-ci il mayın 1-dən qüvvəyə minib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə