Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avropa İttifaqının komissarı: “Türkiyə Avropadan uzaqlaşır”
Avropa İttifaqının komissarı: “Türkiyə Avropadan uzaqlaşır”
02 May 2017 / 17:27 / Baxış sayı: 134
Font1 Font2 Font3 Font4

“Tükiyə Ərdoğanın dövründə Avropa İttifaqından üz döndərib. Hamıya aydındır ki, ən azı hal-hazırda Türkiyə Avropa perspektivindən uzaqlaşır”.

 

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, indiki mərhələdə Aİ-Türkiyə münasibətlərinin mərkəzində üzvlük yox, başqa şeylər, böyük ehtimalla iqtisadi məsələlər dayanmalıdır: “Biz gərək baxaq görək, gələcəkdə nə edə bilərik ki, əməkdaşlığın bərpa edilə biləcəyini anlayaq”.

 

Y. Han gələn ilin əvvəlində Türkiyənin Aİ ilə münasibətlərdə yekun statusuna dair hesabat təqdim olunacağını söyləyib. O, miqrantların Avropaya buraxılmaması məsələsində Türkiyəyə etibar etdiyini söyləyib. Bununla belə, Y. Han əlavə edib ki,  söz azadlığı məsələsində məhdudiyyətlərin tətbiqi, kütləvi həbslər və vətəndaş hüquqlarının pozulması Aİ meyarlarına uyğun deyil: “Türk tipli demokratiya ola bilməz. Vahid bir demokratiya var. Türkiyə xalqı da avropalılar kimi hüquq və azadlıqlardan faydalanmaq haqqına sahibdir”.

 

Qeyd edək ki, Türkiyə Aİ üzvlüyünə namizəd ölkə statusuna malikdir. Lakin hazırda tərəflər arasında üzvlük müzakirələri dondurulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə