Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cabbarovun məktəb direktoru nəyə göz yumur? – Sabirabaddan ŞOK müraciət
Cabbarovun məktəb direktoru nəyə göz yumur? – Sabirabaddan ŞOK müraciət
02 May 2017 / 18:04 / Baxış sayı: 2084
Font1 Font2 Font3 Font4

Bölgələrdə yerləşən orta məktəblərdə həm təhsilin keyfiyyəti, həm də daxili nizam-intizam qaydalarının kobud şəkildə pozulması artıq adət halını almaqdadır. Ən acınacaqlısı budur ki, nə qədər deyilsə də yazılsa da, Təhsil naziri Mikayıl Cabbarov və ya onun fonunda aidiyyatı qurumlar ancaq susmağa üstünlük verir.

Ümumiyyətlə, təhsil məsələsi kifayət qədər ciddi və nəzarət tələb edən sahə hesab olunur. Gələcək nəsil məktəbdə formalaşır, məktəbdə təlim-tərbiyə alıb cəmiyyətə inteqrasiya prosesinə hazır olur. Amma di gəl ki, Azərbaycan təhsilində kifayət qədər ciddi və mili mentaliteti aşan problemlərin şahidi oluruq.

Bu günlərdə Sabirabad rayon sakini Sevil Fərzəliyeva adlı sakini arxiv.bizimxeber.az-ın elektron ünvanına  narazılıq dolu müraciət ünvanlayıb.

Müraciəti təqdim etməzdən öncə bir məqama toxunaq. Bu ölkədə yaşayan hər bir vətəndaş özünün və övladlarının bugünkü və gələcək təminatı üçün narahat olmamalıdır. Yəni vətəndaş düşünməldir ki, onu və ailə üzvlərini küçədə polis, məktəbdə müəllim, xəstəxanada həkim qoruyur. Bir sözlə dövlət qoruyur. Məktəbdə təhsil, xəstəxanada sağlamlıq, küçədə isə həyat var.

Amma bəzən acı da olsa etiraf edək ki, insanlarımız bu cür düşünmür. Çünki, tam əksini düşünmək üçün əsaslar görür.

Təsəvvür edin ki, Sabirabaddakı Nizami Gəncəvi adına 5 saylı orta məktəbin direktoru Könül adlı xanımla bağlı şikayətlərin ardı arası kəsilmir. Həftə ərzində saysız şikayət məktubları, narazılıq dolu müraciətlər alırıq. Yəqin ki, eyni müraciətlər Təhsil Nazirliyinə də göndərilir.

Əcəba araşdırılırmı? Niyə araşdırılmır? Bəlkə doğrudan da vətəndaş haqlıdır. Bəlkə doğrudan da məktəb direktoru yerində deyil və bu vəzifə üçün yararsızdır. Bəlkə Könül müəlliməyə şər atırlar? Bəlkə o doğrudan da yaxşı direktordur. Bu kimi faktları aidiyyatı qurumlar üçün araşdırmaq o qədər də çətin deyil. Nazirliyin hüquq şöbəsi var. Bu şöbə nə üçündür? Bu şöbənin işçiləri nə iş görür?

Sabirabad rayon sakini Sevil Fərzəliyeva adlı sakini yazır. Müraciəti olduğu kimi təqdim edəcik…

“Mənim uşağım Sabirabad rayon Nizami Gəncəvi adına 5 saylı orta məktəbinin 5 ci sinif şagirdidir. Mənə çatmır ki bu məktəbdə direktorluq edən Könül adlı insana bənzər məxluqun hegamonluğuna nə vaxt son qoyacaqlar? Niyə görə bu qadın ağır nevroz xəstəsi olduğu halda rayonun ən böyük məktəbinə rəhbərlik edir ?

Niyə görə bu məktəbdə 11 ci sinif şagirdləri olan qız və oğlan ikisi bir tualetdən çıxır? Yəni bura əxlaqsızlıq yuvasıdı?

Könülə bir söz deyən kimi deyir mənim dünya vecimə deyil. Atam icra başcısının haqqını verib və məni bura drektor qoydurub. Atası Elxan Əsədov isə mətbuatdan da hamıya tanışdı. Onun saxtakarlıqları barəsində dəfələrlə mətbuatda dərc olunub”.

Diqqət edin. Olduqca acı bir müraciətdir. Həm bunu göndərən xanım üçün, həm bizim üçün həm də Könül müəllimə üçün acıdır. Əcəba, bir valideyn nədən belə müraciət etsin? Əgər bu müraciətdə bir böhtan varsa nədən belə böhtan atan adamların cəzası verilməsin? Əksinə, direktor xanım işinin öhtəsindən gələ bilmirsə onu dəyişmək çətindirmi?

Yox sabah biz mətbuatı günahlandırırlar ki, siz nədən doğrunu yazmırsız… Yoldaşlar biz bunu yazmaya bilmərik. Bizim işimiz müstəntiq olmaq yox, vətəndaşın narazılığını müəyyən qurumların diqqətinə çatdırmaqdır, içtimailəşdirməkdir. Əgər vətəndaş haqlı deyilsə cəzasını alacaq. Yox haqlıdırsa direktor cəzalanmalıdır.

Daha bir maraqlı məqam isə bu qədər şikayətlərin fonunda bu məktəbdə bir dəfə də olsun araşdırmanın aparılmamasıdır. Nədən Mikayıl Cabbarov bu qədər faktların qarşısında susur? Bir nazir üçün hansısa məktəb direktorunun fəaliyyətini araşdırmaq bu qədərmi çətindir?

Azərbaycan təhsili özünün qürüb dövrünü yaşayır. Bu təhsil qazanında hamımızın övladları qaynayır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə