Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rəqsanədən həmkarına atmaca
Rəqsanədən həmkarına atmaca
02 May 2017 / 18:32 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4
Müğənni Rəqsanə İsmayılova həmkarı Xatun Əliyevanın ünvanına sərt sözlər deyib. Xatun həmkarını onun toy məclislərini əlindən almaqla, çörəyinə bais olmaqla günahlandırıb.
R.İsmayılova sənətçiyə cavab verərək, onu yalan danışmaqda ittiham edib: “Kiminsə qabağında susan, qorxan deyiləm. Hamının cavabını necə lazımdı verirəm. Sadəcə, boş-boş danışılan sözə cavab vermək, qalmaqal etmək istəmirəm. Mən Rəqsanəyəm, səsimlə, mahnılarımla sevilmişəm. Tələbatlı insanam. Getdiyim toylarda ətrafıma dolanırlar. O insanların ailələri ilə ömürlük dost oluram. Gedib sonra kiminsə ərini, oğlunu əlindən almıram. Yəhudilərin belə toyunda oluram. Halbuki çoxlarının arzusu həmin toylarda iştirak etməkdir.

Əgər bir insanı toya dəvət etmirlərsə, mən nə edim? Hər zaman təqvimlə toy oxuyuram.  Nə qadın, nə də kişinin çörəyi ilə oynayaram. Əgər kiminsə ürəyində belə şübhə qalıbsa, toy yiyəsi də, mən də sağıq. Oturub bu haqda danışaq”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə