Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çin nəhəng döyüş robotu yaratdı – VİDEO
Çin nəhəng döyüş robotu yaratdı – VİDEO
02 May 2017 / 19:34 / Baxış sayı: 400
Font1 Font2 Font3 Font4

Çinin “Greatmetal” şirkətinin tərtibatçıları Pekində keçirilən “G-Festival” festivalı çərçivəsində “Monkey King” (“Meymunların kralı”) adlı nəhəng döyüş robotunu geniş ictimaiyyətə təqdim ediblər. arxiv.bizimxeber.az lent.az-a istinadən verdiyi məlumata görə, yeni idarə olunan robot bu ilin avqust ayında özünə bənzər robotla rinqdə döyüşəcək. 

Fantastik filmlərdə robotların iştirakı ilə izlədiyimiz həyəcanlı süjetlər tədricən reallığa çevrilir. Onların ən yaxşısı isə artıq Yaponiya və ABŞ-da populyar olmuş idman arenalarında keçirilən çempionatda müəyyən edilir. Çindən olan yeni robot “Monkey King” adını özünün nəinki dörd ayağı, hətta arxa ayaqları üzərində hərəkət etmək kimi unikal qabiliyyəti sayəsində qazanıb.

“Greatmetal” şirkətinin nümayəndələri bildiriblər ki, 4 ton çəkisi olan robotun ziyarətçilər qarşısında şou göstərməsi üçün iki ay müddətində sərasər işləmək lazım olub. Tərtibatçılar yaratdıqları robotun döyüş qabiliyyəti ilə bağlı şərh vermək istəməyiblər. Məlumdur ki, “Monkey King” liderlik uğrunda bu il ərzində amerikalı MK.3 və yaponiyalı “Kuratas” robotları ilə döyüşəcək.

Çin nəhəng döyüş robotu yaratdı



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə