Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müdafiə naziri ABŞ-a səfərini niyə təxirə saldı?
Müdafiə naziri ABŞ-a səfərini niyə təxirə saldı?
02 May 2017 / 21:56 / Baxış sayı: 378
Font1 Font2 Font3 Font4

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen Frankfurtda bundesver hərbçisinin terror aktı hazırlamaqda şübhəli bilinməsi ilə əlaqədar ABŞ-a səfərini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyindən “Redaktionsnetzwerk Deutschland”ə (RND) bildirilib.

“Fon der Lyayen mayın 3-də ABŞ səfər etməyi planlaşdırmışdı. Ancaq nazir üçün ilk növbədə baş leytenant Franko A. ətrafında yaranmış vəziyyətə aydınlıq gətirmək vacibdir”, – nazirlikdən verilən məlumatda vurğulanıb.

Qeyd edək ki, aprelin 27-də Almaniya hüquq-mühafizə orqanları Frankfurtda bundesverin 28 yaşlı hərbçisini terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb. Müstəntiqlər Almaniya vətəndaşlığı olan gəncin 2015-ci ildə özünü miqrant kimi qələmə verərək, bu ölkədə qaçqın statusu almaq üçün müraciət edib. Sonra o qaçqınar düşərgəsini tərk edərək, bir daha miqrasiya orqanları ilə rastlaşmayıb və qeydiyyat yerinə getməyib.

Məlumata görə, baş leytenant Franko A. ərəb dili kurslarına gedib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə