“Bizimxeber” xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Hacı Sədi rayondakı şadlıq evlərinin birində böyük oğlu İdrak Axunzadə üçün “dərviş toyu” edib.

Mərasimdə Azərbaycanının tanınmış ziyalıları, elm, din adamları və ən əsası incəsənət nümayəndələri də iştirak ediblər.

Maraqlısı ondandır ki, toy mərasiminə Faiq Ağayev də qatılıb.

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Hacı Sədi Axundzadə bildirib ki, toy mərasimini may ayının 1-də keçirməsi təsadüfi deyil:

“İlk öncə İmam Hüseynin doğum günü may ayının 1-nə təsədüf edir. Bizim həyatımızda bunlar önəmli şəxsiyyətlərdən biridirlər. Eyni zamanda may ayında toy etməyimin səbəbi xurafatın qarşısını alması məqsədi güdür. Bəziləri “may ayında toy etmək olmaz” deyə fikirlər səsləndirirlər. Bu deyimlərə cavab olaraq bu addımı atdım. Hesab edirəm ki, may ayında toy etməməklə bağlı deyilən fikirlər xurafatdan başqa bir şey deyil. Heç yerdə belə bir qadağa qeyd olunmayıb”.

arxiv.bizimxeber.az