Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü
Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü
03 May 2017 / 10:37 / Baxış sayı: 206
Font1 Font2 Font3 Font4

Ötən ilin avqustunda “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) qətlində iştirak edən killer Sankt-Peterburqda öldürülüb.

Bu sensasion məlumatı Rusiya KİV-i yayıb. Məlumatda deyilir ki, Lənkəranskinin qətlində iştirakı şübhə doğurmayan Cabir Həsənov aprelin 28-də Leninqrad prospekti 42-də öldürülüb. Qətlə yetirilən 42 yaşlı Cabir Həsənov bir neçə dəfə Azərbaycanda məhkum həyatı yaşayıb. Azadlığa isə üç il əvvəl çıxıb və Rusiyaya gedib. Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak etdiyi üçün barəsində axtarış elan olunubmuş. Onun saxta sənədlə Türkiyə və Ukraynada gizləndiyi məlum olub. Öldürüləndə də üstündə Cümşü Həsənov kimi qeyd edilən saxta sənəd tapılıb.

Qətlə yetirilənin pasport qeydlərinin araşdırılması zamanı üzə çıxıb ki, Lənkəranski yə sui-qəsd olanda o, Türkiyədə olub.
Bildirilir ki, Cabir Həsənov cəzasını azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) saxlandığı 8 saylı həbsxanada çəkib. Rusiya KİV-nin iddiasına görə, Quli ilə yaxın münasibəti olub.

Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini daha çox qulağı kəsilərək şəkili və videosu yayılan Rafiq Eyvazovun (Rafiq Masallinski) intiqamı kimi izah edir. Məlumata görə, Rafiq Masallinski bu qətldən sonra yaxın ətrafına “sırada daha 6 nəfər qaldı” deyib. Bu, isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub. (musavat)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə