Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

At-eşşək əti satanlar ağır cəzalandırılacaq – Yeni qanun layihəsi
At-eşşək əti satanlar ağır cəzalandırılacaq – Yeni qanun layihəsi
03 May 2017 / 11:51 / Baxış sayı: 194
Font1 Font2 Font3 Font4
Son zamanlar at-eşşək ətlərinin, mənşəyi  məlum olmayan, murdar ətlərin satışının qarşısının alınması istiqamətində müvafiq qurumlar intensiv şəkildə tədbirlər görür.
Bununla belə, hər gün xəbər lentlərində “Yenə at, eşşək əti tutuldu” kimi başlıqlara rast gəlirik. Yəni, bəzi işbazlar görülən tədbirlərdən nəticə çıxarmaq əvəzinə, camaata xəstə və ya ölmüş heyvan ətlərini yedirmək istəyirlər.
Bu kimi hallar isə qida təhlükəsizliyi ilə bağlı sərt cəzaların tətbiq olunmasını gündəmə gətirir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az saytına açıqlamasında deyib ki, respublikada at-eşşək ətlərinin satılması insanlığa sığmır.
“Bu elə bir şeydir ki, Azərbaycan insanı bunu qəbul edə bilmir. Qanunla mənşəyi məlum olmayan, leş ətlərin satışı qadağandır. Amma bəzi insanlar buna məhəl qoymaq istəmir”.
Deputat bildirib ki, bu məsələlər belə davam edə bilməz və yaxın zamanlarda yeni qanun layihəsi hazırlana bilər.
“Biz bununla əlaqədar yəqin ki, yeni qanun layihəsi hazırlayacağıq və hökumətə təqdim edəcəyik. Məqsədimiz isə budur ki, belə halların qarşısı alınsın.
Elə ölkələr var ki, məsələn, Qazaxıstanda at ətindən istifadə edirlər. İtaliyada eşşək ətindən qurudulmuş şəkildə istifadə edirlər. Amma Azərbaycanda at-eşşək əti istifadə olunmur. Buna görə də, at-eşşək ətinin satışı ilə bağlı da konkret qadağa qoyulmalıdır”.
Eldar Quliyevin sözlərinə görə, at-eşşək, leş ətləri satanları konkret cinayət məsuliyyətinə cəlb etmək lazımdır ki, onlar cəzalarını çəksinlər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə