Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qara bazar” çökür: dollar ucuzlaşır
“Qara bazar” çökür: dollar ucuzlaşır
03 May 2017 / 12:06 / Baxış sayı: 1184
Font1 Font2 Font3 Font4

May ayının 3-də “qara bazar”da dollar nisbi ucuzlaşıb.

arxiv.bizimxeber.az xəbər verir ki, fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı yenidən 1.6600 manata, satışı isə 1.6700 manata düşüb.

Qeyd edək ki, ötən gün valyuta hərracı öncəsi “qara bazar”da ABŞ valyutası 1.6650 manata alınıb, 1.6750 manata satılırdı. Bu arada, banklarda dollar və avronun bu günə olan alış-satış qiymətləri açıqlanıb. Həmin məzənnələrə əsasən ABŞ dollarının rəsmi məzənnəsi 1,7024 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,8615 manatdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə