Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mədət Quliyev: “Heydər Əliyevin peşəkarlığı Azərbaycanı parçalanmaqdan xilas etdi”
Mədət Quliyev: “Heydər Əliyevin peşəkarlığı Azərbaycanı parçalanmaqdan xilas etdi”
03 May 2017 / 12:20 / Baxış sayı: 214
Font1 Font2 Font3 Font4

Bu gün Bakıda “Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” konfransı keçirilir.

Virtualaz.orgun xüsusi müxbiri xəbər verir ki, tədbirdəki çıxışında Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev bildirib ki, Heydər Əliyevin dövlət hakimiyyətinin vacib strukturu olan təhlükəsizlik orqanlarında xidməti və artıq gənc yaşlarında əldə etdiyi yüksək peşəkarlıq və təşkilatçılıq təcrübəsi Ümummilli liderin həyat yolunu müəyyənləşdirmiş əsas amildir.

“Fəaliyyətinin 25 ilini o, təhlükəsizlik orqanlarında işinə həsr edib. Dövlət təhlükəsizliyi sistemində Heydər Əliyevin fəaliyyətinə müraciət edərkən, onun yüksək peşəkarlığını, operativ işin həyata keçirilməsində dərin biliklərini görməmək mümkün deyil. Sovet illərində təhlükəsizlik orqanları Moskvaya tabe idi, lakin buna baxmayaraq, o, unikal bacarığa, xüsusi hazırlığa və operativ işin böyük təcrübəsinə nail ola bilib”, – M.Quliyev deyib.

M.Quliyev qeyd edib ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində dövlət təhlükəsizliyi sahəsində Heydər Əliyevin yüksək peşəkarlığını bariz nümayiş etdirən çoxsaylı sənədlər mövcuddur.

“Məhz Heydər Əliyev bu orqanlarda milliləşmənin təşəbbüskarı olub. Ümummilli lider xatırlayırdı ki, o zamanlar rəhbər postlarda əsasən digər millətlərin nümayəndələri yer tuturdu. Yerli kadrlar az idi və onlar kifayət qədər savada, bilik və bacarığa malik deyildilər ki, dövlət təhlükəsizliyi sistemində çalışsınlar. Məhz Heydər Əliyevin sayəsində həmin dövrdə təhlükəsizlik orqanlarında milli kadrlar yetişməyə başlayıb. Dövlət təhlükəsizliyi orqanlarının milliləşməsini böyük nailiyyət hesab edən Heydər Əliyev qeyd edirdi ki, bu addım dövlət təhlükəsizliyi orqanlarını təşkilatı baxımdan milli maraqlara uyğunlaşdırmağa kömək edib.

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı üçün Heydər Əliyevin müəyyən etdiyi peşəkar və mənəvi prinsiplər – hərtərəfli savad, ölkə barədə möhkəm biliklərə malik olmaq, xarici və daxili siyasətdən baş çıxarmaq, xalqa və dövlətə sədaqət, şəxsi rəşadət, əzmkarlıq və dönməzlik bu gün çox vacib əhəmiyyətə malikdir. Heydər Əliyevin təcrübəsi və böyük peşəkarlığı Azərbaycanı parçalanmaqdan xilas etdi. Bizim borcumuz onun irsini öyrənməkdir”, – DTX sədri qeyd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə