Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bəzi qanun pozuntularına görə cəzalar sərtləşdirilir
Bəzi qanun pozuntularına görə cəzalar sərtləşdirilir
01 May 2013 / 13:22 / Baxış sayı: 108
Font1 Font2 Font3 Font4

Azərbaycanda polisə tabe olmamağa görə cəzalar sərtləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə dəyişikliklər edilir.

Layihədə 310.1. maddəyə edilən dəyişikliyə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə 15 günədək inzibati həbs 1 ay ilə əvəz olunur. 310.2. maddəsinə edilən dəyişikliyə görə isə hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə də nəzərdə tutulan 15 günədək müddətə inzibati həbs artırılaraq 1 ay müddətində tətbiq olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bundan əlavə, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edənlərə qarşı inzibati həbs müddətləri artırılır.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 152-1 və 152-2 maddələrinə dəyişikliklər ediləcək.

Layihədə qeyd olunur ki, 152-1 maddəsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə mövcud 10 günədək inzibati həbsin müddəti artırılaraq 15 günə çatdırılır. Eyni zamanda eyni xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə isə hazırda qüvvədə olan 15 günədək inzibati həbs artırılaraq 1 ay edilir. 152-2 maddəsinə edilən dəyişikliyə əsasən isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə mövcud 5 günədək inzibati həbs artırılaraq 15 günə çatdırılır.

Nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə isə hazırda qüvvədə olan 5 gündən 10 günədək inzibati həbs artırılaraq 15 gündən 1 ayadək təsbit olunur. Nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə isə hazırkı 15 günədək inzibati həbs artırılaraq 1 aydan 2 aya qədər tətbiq olunur. Layihə hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən plenar iclasa tövsiyə olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə