Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

1 milyon 800 min avroluq sənət əsərini taksidə unutdu
1 milyon 800 min avroluq sənət əsərini taksidə unutdu
03 May 2017 / 14:07 / Baxış sayı: 216
Font1 Font2 Font3 Font4

Fransanın paytaxtı Parisdə ilginc olay yaşanıb.

“Qaynar” xarici KİV-ə istinadən bildirir ki, polisin adını açıqlamadığı sənət əsəri taciri 1 milyon 800 min avro dəyərində olan tablonu ehtiyatsızlıqdan taksidə unudub.

Yerli mətbuatda gedən xəbərə görə, həmin şəxs taksidə telefonla danışarkən diqqəti yayınıb və ertəsi günə qədər tablonu taksidə unutduğunu anlamayıb. Tablonun taksinin yük yerində qaldığı yadına düşəndə isə sürücüsü ilə əlaqə saxlamağa çalışıb, lakin buna müvəffəq ola bilmədiyindən polisə əsərin oğurlandığı barəsində şikayət edib.

Taksi sürücüsü 1968-ci ildə italyan rəssamı Lusio Fontano tərəfindən çəkilən “Concetto Spaziale” (“Məkan konsepti”) adlı tablonu təhvil verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə