Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mənşəyi məlum olmayan siqaretləri bazara kim çıxarır?
Mənşəyi məlum olmayan siqaretləri bazara kim çıxarır?
03 May 2017 / 15:37 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4

Siqaret insan ömrünü 10 il azaldır. Bəs mənşəyi məlum olmayan siqaretlər necə? Gömrük Komitəsi hər gün xeyli sayda qanunsuz tütün məmulatlarının gömrüklərdə saxlanılıb məhv edildiyini açıqlayır. Amma bazarda yenə də istənilən qədər mənşəyi məlum olmayan siqaret var. Bəs bu məhsulları bazara daxil edənlər kimlərdir?

Bu barədə “Qaynar”a açıqlama verən Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bunu edənlərin əsasən sadə vətəndaşlar olduğunu bildirib:

“Bununla bağlı mütəmadi olaraq əməliyyatlar keçirilir. Hər gün demək olar ki, minlərlə siqaret tutulur. Hətta bu əməliyyatları bəzən foto və videolarla göstəririk. İnanın ağla gəlməyən yerlərdə – avtomobillərin gizli saxlanc hissələrində, ehtiyat təkərlərin üzərində və s. keçirənlər olur. Bununla maksimum şəkildə mübarizə aparmağa çalışırıq. Bunları bazara daxil edənlər əsasən də şəxsi istifadə üçün gətirənlərdir. Bildiyiniz kimi, Nazirlər Kabinetinin 305 saylı qərarına müvafiq olaraq hər bir fiziki şəxs şəxsi istifadəsi üçün ayda bir dəfə, 3 blokdan çox olmamaq şərti ilə gömrükdən siqaret keçirə bilər. Təəssüf ki, bundan süi-istifadə edirlər və şəxsi istifadə adı ilə gətirdikləri siqaretləri bazara çıxarırlar, sonda da belə xoşagəlməz mənzərə ortaya çıxır”.

Araşdırma apararkən elan saytlarının birində qanunsuz siqaret satışı ilə məşğul olan şəxslərin elanına da rast gəldik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə