Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistanın dövlət xidməti: “Azərbaycan almalarını yoxladıq, təmiz çıxdı”
Ermənistanın dövlət xidməti: “Azərbaycan almalarını yoxladıq, təmiz çıxdı”
03 May 2017 / 15:56 / Baxış sayı: 258
Font1 Font2 Font3 Font4

Ermənistanda Azərbaycan almaları ilə bağlı qalmaqal davam edir.

Virtualaz.org xəbər verir ki, bu dəfə bu məsələ ilə bağlı Ermənistanın ərzaq təhlükəsliyi Dövlət Xidməti rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, ötən həftə İrəvanın və bir sıra vilayətlərin ticarət nöqtələrində aparılan yoxlamalar zamanı 500 kiloqramdan çox Azərbaycan istehsalı alma müəyyən edilərək satışdan yığışdırılıb.

Xidmətin açıqlamasına görə ölkənin “Ərzaq məhsullarının təhlükəsizliyi” barədə qanununa müvafiq olaraq həmin almalar təhlükəli hesab edilib. Çünki məhsulun təhlükəsizliyinə zəmanət verən heç bir sənəd yox idi. Nəticədə almaların məhvinə qərar verilib. Lakin Dövlət Xidməti bildirir ki, almalardan nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində almaların tərkibində hansısa zərərli maddələr-deltametrin, dimetoad, metalaksil, tsipermetrin, DDT və onun metabolitləri aşkar edilməyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan almalarının Ermənistana qeyri-leqal idxalını həyata keçirənlərə və Gürcüstan-Ermənistan sərhədindəki “Baqrataşen” gömrük postunun əməkdaşlarına bu almaları rüşvət alaraq ölkəyə buraxdıqlarına görə cinayət işi qaldırılıb. Ermənistana “sızan” Azərbaycan almalarını Quba rayonunda fəaliyyət göstərən “DAD Fruits” şirkəti istehsal edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə