Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyalı nazir azərbaycanlı xilasediciləri təltif etdi
Rusiyalı nazir azərbaycanlı xilasediciləri təltif etdi
03 May 2017 / 16:53 / Baxış sayı: 222
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində nazirliyin bir qrup əməkdaşına Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin döş nişanı və medallarının təqdim olunması mərasimi keçirilib.

arxiv.bizimxeber.az FHN-in saytına istinadən xəbər verir ki, mülki müdafiə sahəsində birgə əməkdaşlıq, ərazilərin və əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması sahəsindəki xidmətlərinə görə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkovun əmri ilə Azərbaycan FHN-in əməkdaşları – Ziya Hacılı, Sabir Əhmədov, Həcər Talıbova və Sabir Hüseynov Rusiya FHN-in “Xilasetmə naminə əməkdaşlıq” medalı, Fərid Abbasov isə “Xidmətlərə görə” döş nişanı ilə təltif olunub.

 

Mükafatları təqdim edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin bildirib ki, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur və təltif olunan əməkdaşlar da bu əlaqələrin möhkəmlənməsinə öz töhfələrini veriblər.

 

Azərbaycan fövqəladə nallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə FHN əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyi üçün Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkova təşəkkürünü bildirib, iki dost ölkənin nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə