Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məşhur supermarketlər şəbəkəsi insanları belə aldadır – FOTOFAKT
Məşhur supermarketlər şəbəkəsi insanları belə aldadır – FOTOFAKT
03 May 2017 / 18:00 / Baxış sayı: 1430
Font1 Font2 Font3 Font4

Bakıda supermarkerlərdən birində müştəri aldadılıb.

Emil Əmiraslanov adlı şəhər sakini “Makromart”dan diş məcunu alarkən aldadılıb.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə Samir Mirzə adlı bloger paylaşım edib. Bildirib ki, bu barədə Emil Əmiraslanov özü məlumat verib.

Emil Əmiraslanov sözlərinə görə, aldığı malın vitrindəki qiyməti ilə kassadan ona verilən qəbzin üzərində yazılan qiymət fərqli olub.

Emil Əmiraslanov son günlər sözügedən mənzərə ilə hər gün rastlaşır: “İndicə Nərimanovda Makromart adlı supermarketdən diş məcunu aldım. Qiymət rəfdə 3,30 AZN kassada isə 3,80 AZN çıxdı. Baxın beləcə milləti aldadırlar. Son günlər hər gün rastlaşıram. Xahiş edirəm, bu kimi halları ictimailəşdirək, bəlkə abırları yerinə gəldi!”

Xatırladaq ki, bu kimi hal ilk dəfə müşahidə olunmur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə