Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda məşhur biznesmenin oğlu 200 minlik maşınla qızı öldürdü – FOTOLAR
Bakıda məşhur biznesmenin oğlu 200 minlik maşınla qızı öldürdü – FOTOLAR
04 May 2017 / 11:49 / Baxış sayı: 686
Font1 Font2 Font3 Font4

Dünən saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

***
10:38

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Lent.az xəbər verir ki, dünən saat 16 radələrində Bakıxanov qəsəbəsindən “Neftçilər” metrostansiyası istiqamətinə gələn yolda naməlum avtomobil Xəyalə Məmmədovanı vurub. Ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılan qadın orada ölüb.

Araşdırmalarla müəyyən edilib ki, qəzanı törədən avtomobili Fərəcli Ağaəli Füzuli oğlu idarə edirmiş. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən Bakıda yol qəzalarında 2 piyada ölümü faktı qeydə alınıb ki, bu hadisələrin hər ikisi Bakıxanov qəsəbəsində baş verib.
***
05:08

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın “report”-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, sürücüsünün adı hələlik açıqlanmayan minik avtomobili şəxsiyyəti məlum olmayan 25-27 yaşlı oğlanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölmüş şəxsin kimliyini araşdırır. Hadisəni törətmiş sürücü saxlanılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə