Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda 3 qadın özünü binadan atmaq istədi – İŞƏ POLİS QARIŞDI
Bakıda 3 qadın özünü binadan atmaq istədi – İŞƏ POLİS QARIŞDI
04 May 2017 / 12:11 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4
Polis Bakıda mənzilə daxil olmağa cəhd göstərmiş şəxsi saxlayıb. arxiv.bizimxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 3-də saat 5 radələrində DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Polis Taborunun 2 əməkdaşı – polis serjantları Rasim Şahgəldiyev və Rövşən Mirələkbərov xidmətdə olduqları vaxt Nəsimi rayonu Nizami küçəsindəki mənzillərdən birinin eyvanında (2-ci mərtəbə) olan 3 nəfər qadından birninin özünü atdığını görüblər.
Dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşları digər qadınların özlərini atmalarının qarşısını alıb və həmin mənzilə qalxaraq qapını dəmir boru ilə açmağa cəhd göstərən Şabran rayon sakini Yaşar Əsədovu saxlayaraq 22-ci Polis Bölməsinə təhvil veriblər.
Araşdırma zamanı özünü atan qadının həmin mənzildə kirayədə yaşayan Qəbələ rayon sakini Könül Əmiraslanova olması müəyyən edilib. Xəstəxanaya yerləşdirilən K.Əmiraslanovanın vəziyyəti ağırıdır. Faktla əlaqədar cinayət işi başlanılıb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə