Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şamaxıda sürüşmə: evlər uçmaq təhlükəsi ilə üz-üzə – VİDEO
Şamaxıda sürüşmə: evlər uçmaq təhlükəsi ilə üz-üzə – VİDEO
04 May 2017 / 12:04 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4

Şamaxıda təbii fəlakət yenə də fəlakət törətməkdə davam edir.

ARB Şəki xəbər verir ki, rayonda baş verən torpaq uçqununun qarşısını almaq mümkün deyil.

Son bir həftə ərzində hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahənin sürüşməsi nəticəsində 7 ev təhlükə altına düşüb.

Şamaxı sakini Gülnaz Şahsuvarova deyir: “Buranı 5 dəfə tikmişəm. Nə vaxta qədər belə olacaq? Mənim evim Şamaxı üzrə sürüşmə zonasında 1 nömrəli evdir. Evdə dayananda taxtanın səsi gəlir, hiss edirsən ki, nəsə sürüşür”.

Sözügedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən günə genişlənir. Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsinə zərər vuran uçqun dağıntılara səbəb olub. Sürüşməyə səbəb olan qurunt suları isə evlərin zirzəmisinə dolub. Ev sahibləri zirzəmiyə dolan suyu nasoslarla təmizləməyə çalışırlar.

Başqa bir sakin-Zərifə Dövlətova deyir: “Evin içi su ilə doludur. Divarlar da partlayıb. Evin altından su çıxır. 3-5 gündən bir həyətə su vururuq”.

Evlərdəki çatlar getdikcə artmaqdadır. Artıq iki ailə təhlükə səbəbindən evini tərk edib. Sürüşmənin vurduğu zərərlə bağlı lazımı qurumlara xəbər verilsə də, hələlik problem öz həllini tapmayıb.

Biizmxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə