Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Cənab Prezident məni xilas edin!” – İş adamının həyat yoldaşından müraciət
“Cənab Prezident məni xilas edin!” – İş adamının həyat yoldaşından müraciət
04 May 2017 / 12:23 / Baxış sayı: 556
Font1 Font2 Font3 Font4
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevaya qarşı qaldırılmış cinayət işi üzrə proses başlayıb.
Proses hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir.
İttihamnaməyə görə, T.Abdullayeva saxta sənəddən istifadə etməklə özünə məxsus əmlakı başqasına satıb, dələduzluq edib və polisə müqavimət göstərib.
Bəzi məlumatlara görə, əslində bu iş keçmiş həyat yoldaşı və onun qardaşı tərəfindən Təyminə Abdullayevaya qarşı təşkil edilmiş məqsədli bir işdir. Məqsəd isə boşanmadan sonra T.Abdullayevaya qalmış əmlakları onun əlindən almaqdır.
Elə T.Abdullayevanın Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə də bunlardan bəhs olunur. “AzPolitika”ya daxil olmuş müraciətdə deyilir:
ilham-_mehriban”Hörmətli Prezident İlham Əliyev cənabları və I vitse-prezident Mehriban xanım Əliyeva!
Bilirəm ki, ölkənin indiki vəziyyətində başınız dövlət işlərinə qarışıb. Çarəm olsaydı, Sizi əsla narahat etməzdim. Fəqət qarşılaşdığım bir sıra problemlər məni sizə üz tutub kömək istəməyə vadar edir.
Qeyd edim ki, mən bir anayam. Himayəmdə 14 yaşlı Neman adlı oğlum var. Onun ana himayəsində böyüməsi, sabah Azərbaycan ordusunda xidmət edəcək bir əsgərimizin gözünün yolda qalmaması, evindən, anasından arxayın olması üçün mənim başıma gətirilən müsibətlərə laqeyd qalmayacağınızı ümid edirəm.
Sözü çox uzatmadan mətləbə keçmək istəyirəm.
Mən, ötən il qaynım Nazim Abdullayev və artıq boşanmaq ərəfəsində olduğumuz həyat yoldaşım Barat Abdullayev tərəfindən böhtan və şantajlara məruz qalmışam. Onların məqsədi yoldaşım tərəfindən mənə hədiyyə edilən mənzilə və birgə yaşayış dövründə əldə edilmiş bütün əmlaka (bu əmlakın sayı və dəyəri olduqca böyükdür) sahib çıxmaqdır. Bunun üçün də əllərində olan bütün vasitələrdən istifadə edir, məni guya sənəd saxtakarlığında, öz mülkiyyətimdə olan əmlakı dələduzluq yoluyla (!) başqasına satmaqda, 3 polis əməkdaşlığına müqavimət göstərərək xəsarət yetirməkdə (!) günahlandıraraq, həbsimə çalışırlar. İndiyə qədər Respublika Prokurorluğunda əleyhimə hazırlanan istintaq materialından iş məhkəməyə getdikdən sonra xəbərdar olmuş və hüququmu müdafiə etmək məcburiyyətində qalmışam.
Hörmətli ölkə rəhbərləri!
Sizə bildirmək istəyirəm ki, haqqımda irəli sürülən ittihamların heç birinin əsası yoxdur. Əvvəla, mülkiyyətimdə olan əmlak yoldaşım tərəfindən öz səhvini əfv etdirmək üçün mənə bağışlanmışdır.
Çünki onun başqa bir qeyri-qanuni ailəsinin mövcudluğu ortaya çıxmış və mənimlə qanuni nikahda olduğundan, boşansaq, mülkiyyətimizin bərabər bölünəcəyi ehtimalının qarşısını almaq üçün qanunən ortaq malımız sayılan əmlakdan kiçik bir hissəni hədiyyə edərək problemi yoluna qoymağı düşünmüşdür.Təəssüf ki, yoldaşım və qaynım boyunlarına götürdükləri bu öhdəliyi də sonuna qədər yerinə yetirməmiş, verdikləri hədiyyəni yenidən geri almaq üçün haqqımda ağlasığmaz ittihamlar irəli sürmüşlər.
Bizim işə baxan hüquq-mühafizə orqanları, ələxsus müstəntiq Teymur Ağamirov da ittihamları araşdırmadan irəli sürüldüyü kimi qəbul etmiş və mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.3 və 315.2-ci maddəsiylə cinayət işi açmışdır. Halbuki, qeyd edilən mənzilin hansı əsaslarla mənim adına keçirilməsi araşdırılmalı, bu məqsədlə Dövlət Reyestr Xidmətinə sorğu verilməli idi.
Bu addımların heç biri atılmadan haqqımda bu cür ittihamların irəli sürülməsində isə adi məntiq qaydaları belə gözlənilməmişdir. Axı bir adam öz mülkiyyətini necə dələduzluq yoluyla ələ keçirə bilər? Yaxud öz mənzilinin başqasına satılması nə zamandan bəri dələduzluq sayılır?
Barat Abdullayev
Haqqımda irəli sürülən ən absurd ittiham isə guya mənim 3 polisə xəsarət yetirməyimlə bağlıdır.
Cənab Prezident, bunlar necə asayış keçikçiləridir ki, mənim kimi bir zəif qadın onlara xəsarət yetirməyi bacarır? Əgər Azərbaycanın asayişi bir qadına gücləri çatmayan polislərə həvalə edilibsə, ölkəmizin taleyinə necə bel bağlaya bilərik?
Mən, əlbəttə ki, Azərbaycan polisinin qüdrətsiz olduğunu irəli sürmürəm. Müstəqilliyimizin ilk dövründən indiyə qədər polis orqanlarının keçdiyi şanlı tarix onların hansı qüdrətə sahib olduğundan xəbər verir. Sadəcə haqqımda irəli sürülən ittihamların yalnız mənə deyil, həm də polisimizin qüdrətinə kölgə saldığını nəzərinizə çatdırıram.
İttihama görə, guya mən qeyd edilən mənzili 250.000 manata “özgəninkiləşdirərək” həyat yoldaşıma 890.000 manat zərər vurmuşam! Halbuki, mənə bağışlanan bu əmlak birgə mülkiyyətimizin cüzi bir qismidir və geri qalan hissə iddia edilən zərəri dəfələrlə kompensasiya edə bilər. Üstəlik, mənə bağışlanmış əmlakın ehtiyac üzündən satılması özümdən başqa kimə zərər vura bilərdi?
Digər tərəfdən həmin əmlak artıq özümə qaytarıldığından mənzil itkisindən də söhbət gedə bilməz. O halda hansı zərərdən danışmaq olar?
Hazırda bu mənzilə görə yaranmış borcum isə boşandıqdan sonra qanunla müəyyənləşdirilmiş bölgüylə mənə düşən əmlakla 10 dəfələrlə ödənilə bilər.
Digər bir iddia isə sənəd saxtakarlığı ilə bağlıdır. İş materialları ilə müəyyən edilmişdir ki, həmin şəxsiyyət vəsiqəsi “ASAN-5” tərəfindən mənə verilmiş, sənəddəki “subay” sözü bu xidmət tərəfindən səhvən yazılmışdır. Bu halda da sənəddəki səhvin məsuliyyəti mənə şamil oluna bilməz.
Hörmətli ölkə rəhbərliyi!
Bu absurd ittihamlarla dolu cinayət işi hazırda məhkəmədədir. Müxtəlif yaxın çevrələrdən qulağıma çatan məlumatlara görə, qaynım Nazim Abdullayev yenə şəxsi əlaqələrini işə salıb bu işi məhkəmədə də öz xeyirlərinə çevirmək istəyir. Baxmayaraq ki, prosesin sifarişlə başa çatdırılması istiqamətində yürüdülən bu səylərin nəticə verməyəcəyinə inanıram. Məhkəmə işinin təcrübəli hakim Ramella Allahverdiyeva və təcrübəli prokuror Sabir Abdinov tərəfindən aparılması mənə bu ümidi verir. Təcrübəli hüquq adamlarının iştirakı ilə aparılan məhkəmənin çıxaracağı qərarla gələcəkdə əmlakların ədalətsiz bölgüsünə presedent yaratmayacağına əmin olmaq istəyirəm.
Bununla belə, sizin kimsəsiz bir Azərbaycan qadınına göstərəcəyiniz diqqət, məhkəmə prosesini xüsusi nəzarətə almağınız da ədalətli hökmün çıxarılmasına misilsiz yardım edərdi. Məhz bu səbəbdən son ümid yeri kimi Sizə üz tutub, yardım diləyirəm.
Hörmətlə: Təyminə Abdullayeva.
03.05.2017”
(azpolitika)
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə