Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polad Bülbüloğlu UNESCO İcraiyyə Şurasında müsahibədən keçib
Polad Bülbüloğlu UNESCO İcraiyyə Şurasında müsahibədən keçib
04 May 2017 / 12:27 / Baxış sayı: 200
Font1 Font2 Font3 Font4

“Polad Bülbüloğlunun UNESCO-nun baş direktorluğuna namizədliyi ilə bağlı bütün sənədlər rəsmiləşdirilərək qurumun müvafiq orqanlarına təqdim edilib”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov deyib.

O bildirib ki, İcraiyyə Şurasında artıq ilkin müsahibələr keçirilib: “Bütün namizədlər sorğu-sual edilib. Polad Bülbüloğlu da həmin müsahibədən keçib və İcraiyyə Şurası üzvlərinin suallarına cavab verib. Kampaniya davam edir. Bu ilin oktyabrında səsvermə keçiriləcək və namizəd Baş Konfransa təqdim ediləcək. Baş Konfrans namizədi təsdiqləyəcək”.

A. Kərimov qeyd edib ki, Azərbaycan həmişə uğurlu bir təşəbbüs irəli sürəndə Ermənistan buna qarşı çirkin kampaniya aparır: “Ermənistanın təxribatlarına biz artıq öyrəşmişik. Təbii ki, Azərbaycana qarşı çirkin kampaniyaya cəhd edirlər. Amma bu əks-təbliğat bizi qarşımıza qoyduğumuz məqsəddən döndərməyəcək. Biz yolumuza davam edəcəyik”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə