Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat borc qalmaqalı ilə özünümüdafiəyə başladı…
Deputat borc qalmaqalı ilə özünümüdafiəyə başladı…
04 May 2017 / 12:31 / Baxış sayı: 294
Font1 Font2 Font3 Font4
“Bir müddət idi ki, xaricədəydim, dünən gəlmişəm. Orda olanda mənə mesaj göndərildi. Oxuyanda görürəm ki, kimsə ağzına gələni yazıb. Kim olduğunu və niyə bu cür ifadələr yazdığını öyrənmək üçün zəng etdim. Danışıq zamanı onun bu tərbiyəsiz sözlərinə görə əsəblərimə hakim ola bilməyib mən də ağır ifadələrlə cavabını verdim”. 
Bu sözləri BakiPost.az-a millət vəkili İqbal Məmmədov iqtisadçı Qulu İbrahimlinin ona borcunun olması, var-yoxunu söyməsi barədə ittihamlarına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Q.İbrahimliyə heç bir borcu yoxdur: “Yazır ki, guya, 2009-cu ildən ona borcum var. Amma ola bilməz ki, kiməsə borcum olsun.
Təsis etdiyim “Kaspi Yıldız”, Lerikdəki “Relax” və qardaşımın “Lerik broyler” şirkətlərinin kiməsə borcu olsa, onu öz borcum bilərəm”.
İ.Məmmədov Q.İbrahimli ilə olan borc mübahisəsinin detallarını açıqlayıb: 
“O vaxt “Gilan” holdinqin tərkibində “Azəriqaz servis” adlanan bir şirkət yaradılmışdı. Firmanın rəhbəri isə Qulunun yaxın dostu olan bir şəxs idi.
2010-cu ildə məni çağırdılar ki, bu müəssisə üç aydır fəaliyyət göstərir, gəlin müvəqqəti müdir olun, işləri yoluna qoyun. Mən də deputatlığa qədər kommersiya fəaliyyəti ilə məşğul olmuşam, iş adamıyam.
Bu təklifi yaxın adamlar xahiş etdilər deyə, razılaşıb həmin ilin yanvarında  icraçı direktor postuna getdim. Ancaq təsisçi tam başqa adamdır, yəni mənə aidiyyəti olmayan şirkətdir.
Deməli, şirkətdə cəmi iki aydır çalışırdım ki, bu adam gəlib bildirdi ki, bəs əvvəlki müdirlə müqavilə bağlayıb və ona borcumuz var.
Dedi ki, mənə qədər olan müdir şirkətin mühasibatlıq işlərini proqramlaşdırmağa onu dəvət edib. Amma ödəniş etməyib.
Bu zaman Qulunun şirkətdə işləyən tələbə yoldaşlarını, yaxın adamları olan naxçıvanlı proqramistləri – Ədalət və Nəsimini, mühasibatlıqda çalışan lənkəranlı Valehi çağırdım. Soruşdum ki, Quluya pul borcluyuq? Onlar da dedilər ki, Qulu işi yekunlaşdırmayıb. O da qayıtdı ki, mənə avans olaraq pul verin, sonra işə başlayım.
Bir sözlə, işi görməyəcəyini qeyd elədi. Mən də bildirdim ki, bizə lazım deyil, amma işi görsən, onda başqa məsələ. Bununla da söhbət bağlandı”.
İ.Məmmədov qeyd edib ki, həmin şirkətdə cəmi beş ay işləyib: “Şirkətdə 5 ay işləyəndən sonra Milli Məclisə seçkilər başladı. Mən namizəd kimi seçkiyə qatılmaq istədiyimə görə ərizə yazıb həmin işdən çıxdım, sonra başqa adamlar rəhbər işlədi. Ondan sonra nədənsə xəbərim olmayıb. Bəlkə Qulu həmin işini yekunlaşdırıb və buna görə ona borc yaranıb, deyə bilmərəm. Amma nə olubsa, bunun mənə dəxili yoxdur.
Deməli, üstündən təqribən 7-8 il keçdi. Keçən ilin payızında mənə bir nömrədən zəng gəldi. Salamlaşdıqdan sonra özünü təqdim elədi, dedi ki, Quluyam, sizin mənə borcunuz var.
Mən də ona cavabımda bunları söylədim: “Əgər təsis etdiyim müəssisələrin borcu varsa, ödəməyə hazıram.
Şirkət bağlansa da, onun təsisçisi “Gilan” holdinq işini davam etdirir, əgər borc qalıbsa, get pulunu tələb et. Məndən niyə istəyirsən. Hətta ona bildirdim ki, əgər sənə borclu qalıblarsa, məhkəməyə üz tut.
Mənim günahım nədir? Mənə kimi kimsə oranın rəhbəri işləyib. Sənlə müqavilə bağlayıb, səni işlədiblər. Mən isə orda 5 ay işləmişəm, sənə necə borcum ola bilər?”
Mənim bu cavabımdan sonra kimin müdir olduğunu soruşdu. Mən də kimliyini dedim. Həmin şəxs hazırda deputatdır. O, məndən daha çox orada işləyib (BakıPost.az-ın dəqiqləşdirməsinə görə həmin şəxs Mili Məclisin deputatı Hacı Salayevdir – red.)
Həmin deputat da mənə zəng edib Qulunun onu narahat etdiyini bildirdi. İndi Qulunun “Gilan” holdinqə gücü çatmır deyə pulu məndən tələb edir.
Mən o şirkətdən çıxanda külli miqdarda vəsait vardı. Əgər ona borc olsaydı, ödəyə bilərdilər. Amma həqiqətdə mən belə borc görməmişəm. Sənəddə belə olmayıb. Hadisənin üstündən 7-8 il keçib indi mənə mesaj yazıb, təhqir edir. O zaman yanımda ailəm, uşaqlarım ola bilərdi. Onda nə olacaqdı. Çox şəxsiyyətsiz və səviyyəsiz şəkildə mesaj yazmışdı. Mənə qarşı əxlaqsız ifadələr işlətmişdi.
Zəng edib bildirdim ki, hansı haqla mənə belə sözlər yazırsan. Əgər mənim borcum varsa, məhkəməyə ver. Əgər şəxsi borcum varsa, ortaq dostlarımıza desin.
Onu kimsə öyrədir, ya da bu provokasiyadır. Mənə yazır ki, sən Bakı şəhərinə gələndə səni belə döyərik, elə edərik…. Bir sözlə, ağzına gələni yazır. Artıq mən hüquq-mühafizə orqanlarına şikayətimi eləmişəm”.
Məsələ ilə bağlı Qulu İbrahimli BakiPost.az-a deyib ki, həmin vaxt orada çalışdığını, gördüyü işləri məhz İqbal Məmmədovla razılaşdığını sübut edən dəlillər var: “Bu prosesin şahidləri də var. Biz bu məsələ ilə bağlı ictimaiyyətə sübutlar təqdim edəcəyik. Ondan sonra hər kəs yaxşı biləcək ki, kim kimə şər atır, kim kimin haqqını yeyir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Quli İbrahimli deputat İqbal Məmmədovla arasında borc qalmaqalının olduğuyla bağlı məlumat yaymışdı. O, deputatın ona iş gördürüb, pulunu vermədiyini, borcu tələb etdikdə isə İ. Məmmədovun var-yox söyüşü söydüyünü qeyd etmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə