Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident İlham Əliyev bir neçə xarici qonağı qəbul edib
Prezident İlham Əliyev bir neçə xarici qonağı qəbul edib
04 May 2017 / 12:36 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyev mayın 4-də NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemi qəbul edib

arxiv.bizimxeber.az AzərTac-a istinadən məlumatına görə, Tacan İldem NATO baş katibinin ictimai məsələlər üzrə müavini vəzifəsində Azərbaycana ilk dəfə gəldiyindən məmnunluğunu ifadə edib və Azərbaycana sonuncu səfərindən iki il keçməsinə baxmayaraq, böyük bir inkişaf prosesinin şahidi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemin Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə edib.  NATO ilə əlaqələrə toxunan dövlət başçısı ölkəmizin bu təşkilatla uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyini bildirib, Azərbaycanın müxtəlif proqramlar, o cümlədən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış etdiyini deyib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir, eyni zamanda, Azərbaycan hərbiçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunması işində iştirak edir, həmçinin Azərbaycan Əfqanıstanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində rolu vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı bundan başqa mayın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib. Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin mehriban qardaşlıq şəraitində yaşamaları məmnunluqla qeyd edilib, yüksək səviyyədə tolerantlığın mövcudluğu bir nümunə kimi vurğulanıb. Görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunularaq iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirilib. Prezident İlham ƏIiyev mayın 4-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri də qəbul edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə