Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Fransanı bir qadın idarə edəcək, ya mən olacam, ya da Merkel”
“Fransanı bir qadın idarə edəcək, ya mən olacam, ya da Merkel”
04 May 2017 / 13:13 / Baxış sayı: 176
Font1 Font2 Font3 Font4

Fransada prezident seçkilərinin ikinci turuna 4 gün qalmış İrəli Hərəkatının namizədi, sabiq iqtisadiyyat Naziri Emmanuel Makron və radikal sağçı Marine Le Pen bir çox kanalda eyni anda yayımlanan televiziya proqramında qarşı-qarşıya gəliblər.

“Qaynar” xəbər verir ki, fransızların etirazları və partiyaların qarşıdurması səbəbiylə gərgin bir seçim yaşayan namizədlər bir-birlərinə qarşı əllərində olan “kompromant”larını paylaşıblar. Aparıcının suallarını sırayla cavablayan namizədlər arasında qarşıdurma hərarətli keçib.

Bir-birlərinin tez-tez sözünü kəsən və mühakimə edən Makron və Le Pen milyonlarla insanı ekran başına kilitləyib.

Proqrama damğanı Le Penin “Fransanı bir qadın idarə edəcək. Bu ya mən olacam, ya da Merkel” sözləri vurub.

Makronun keçmişini tez-tez xatırladan Le Pen, onun mövcud hakimiyyətin davamı olacağını bildirərək “Avropaçı və maliyyə dünyasının namizədinə görə hər şey alınıb-satıla bilir. İnsanlar belə..” sözlərini deyib.

Söz atəşinə məruz qalan Makron Le Penin söylədikləri ilə əlaqədar olaraq “Hörmətli Le Pen, suallara cavab vermək yerinə onlardan yayınaraq keşmişdən və başqalarından danışmağı üstün tutur” bildirib.

Münaqişə müddətində Le Pen Makronun “Xalqın deyil, böyük şirkətlərin və bankların; özünün isə fransızların və işçilərin” namizədi olduğunu ifadə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə