Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Biznesmen qızının toyunda İNANILMAZ CİNAYƏT – Tutulanlar var – YENİLƏNDİ
Biznesmen qızının toyunda İNANILMAZ CİNAYƏT – Tutulanlar var – YENİLƏNDİ
04 May 2017 / 13:17 / Baxış sayı: 1060
Font1 Font2 Font3 Font4

Aprelin 30-da Bakının Xətai rayonunda törədilmiş oğurluq hadisəsinin üstü açılıb.

İş adamı İlqar Niyazovun mənzilindən külli miqdarda pul oğurlamış şəxslər müəyyən edilib. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki evlərdən birindən 35000 manat və 10000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Ramazanov və bir yeniyetmə tutulublar.

Qeyd edək ki, hadisə vaxtı ev sahibi ailəsi ilə toy məclisində olub. (lent.az)

***

Azərbaycanda maraqlı oğurluq hadisəsi baş verib.

Hadisə toy günü baş verib. Belə ki, toy günü qız evinin mənzilindən 3500 manat pul və 2000 manat dəyərində qızıl aparılıb. Qız evi məsələ ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

Polisin və qız evinin ilkin ehtimalına görə, bu, oğurluq hadisəsidir. Onlar bu hadisənin oğlan evi tərəfindən planlandığını ehtimal edirlər.

Belə ki, oğlan evi el adətinə görə, qız evindən “götürməli olduqları” əşyanın yerinə belə bir üsula əl atıblar. Evdə heç bir əşyaya toxunulmayıb, sadəcə qeyd olunan məbləğdəki pul və zinət əşyaları götürülüb.

Qeyd edək ki, polis tərəfindən mənzilə baxış keçirilib, maddi sübutlar və barmaq izləri götürülüb. Hazırda iş Xətai rayon polis bölməsinin istintaq idarəsində araşdırılır. (qafqazinfo)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə