Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Markedonov Qarabağdakı mövcud vəziyyət haqda: “Bu atəşkəs demək deyil”
Markedonov Qarabağdakı mövcud vəziyyət haqda: “Bu atəşkəs demək deyil”
04 May 2017 / 15:32 / Baxış sayı: 134
Font1 Font2 Font3 Font4

“Cənubi Qafqazdakı münaqişələrin güc yolu ilə həlli mövcuddur”.

APA-nın verdiyi məlumata görə, bunu rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tarix elmləri namizədi Sergey Markedonov Müasir Rusiya Tarixi Muzeyində Cənubi Qafqazdakı münaqişələrə həsr olunan “Zaqafqaziya: münaqişələr arxada qalıb, yoxsa irəlidədir?” mövzusunda mühazirəsində deyib.

S. Markedonov bildirib ki, son illər Cənubi Qafqazdakı münaqişələr ikinci plana keçib və kölgədə qalıb: “Bunun səbəbi Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyət, xüsusilə də Suriya münaqişəsidir. Bununla belə, Cənubi Qafqaz olduqca problemli region olaraq qalmaqda davam edir. Əgər biz bu regionun son 25 illik tarixinə baxsaq, görərik ki, Sovet İttifaqının süqutu 9 münaqişə ilə müşayiət olunub. Bu münaqişələr fərqli idi, etno-siyasi, vətəndaş, konfessiyalararası və s. Bu münaqişələrdən altısı məhz Böyük Qafqazın payına düşür. Çeçen-inquş, gürcü-abxaz, gürcü-osetin müharibələrinin özü də məhz Cənubi Qafqazda baş verən müharibələrlə birbaşa əlaqəli idi. Bu münaqişələrin geridə qalmasına, öz aktuallığını itirməsinə baxmayaraq, onların tamamilə həll olunduğunu söyləmək olmaz”.

S. Markedonovun sözlərinə görə, Cənubi Qafqazda bir münaqişə var ki, aktuallığını bu gün də qoruyub saxlayır: “Bu Dağlıq Qarabağ münaqişəsidir. Ötən ilin aprelində bu münaqişənin eskalasiyasını müşahidə etdik. Mətbuatda buna dörd günlük müharibə də deyirlər. Bu, 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanmasından sonra baş verən ən böyük eskalasiya idi. Həmin eskalasiyadan sonra Azərbaycan və Ermənistanın Baş Qərargah rəisləri Moskvada atəşkəs haqqında razılığa gəldilər. Lakin bu, atəşkəs demək deyil. Çünki təmas xəttində atəşkəs tez-tez pozulur. Atəşkəs təkcə Dağlıq Qarabağdakı 193 kilometrlik təmas xəttində deyil, həm də Azərbaycan və Ermənistanın dövlət sərhədində də pozulur”.

S. Markedonov münaqişənin həllində region ölkələrinin – Rusiya, İran və Türkiyənin oynadığı roldan da danışıb: “İran bu gün yeganə ölkədir ki, Qarabağ münaqişəsinin həllində nizamlayıcı sənəd olan yenilənmiş Madrid prinsiplərini tanımadığını bəyan edir. Tehran münaqişənin xarici oyunçu olmadan məhz region ölkələrinin iştirakı ilə həllinin tərəfdarıdır. Tehran yenilənmiş Madrid prinsiplərindəki bəndlərdən biri ilə razı deyil. Həmin bənd münaqişə bölgəsində beynəlxalq sülhməramlıların yerləşdirilməsini özündə ehtiva edir ki, İran bunu özünün milli təhlükəsizliyinə hədə kimi görür. Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir. Türkiyə yeganə region ölkəsidir ki, dörd günlük müharibə vaxtı Azərbaycanı açıq-aydın dəstəklədi. Türkiyədən başqa, məlum səbəblərə görə Ukrayna da həmin vaxt Azərbaycanı dəstəkləmişdi. Digər ölkələr, Rusiya, ABŞ, Avropa İttifaqı çox balanslı mövqe tutdular. Deyə bilərik ki, Cənubi Qafqaz regionu Rusiya və Qərbin rəqabət meydançasıdır. Lakin bu, o demək deyil ki, regiondakı bütün münaqişələrdə Rusiya və Qərbin maraqları toqquşur. Əgər gürcü-osetin, gürcü-abxaz münaqişəsində Rusiya və Qərbin mövqeləri bir-birinə qarşı ziddiyyət təşkil edirsə, biz bu halı Qarabağ münaqişəsində müşahidə etmirik. Əksinə, Rusiya və Qərbin maraqları bu münaqişənin həllində güclü toqquşmur. Buna əyani sübut kimi aprelin 28-də Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünü göstərmək olar. Həmin görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi köməkçisi də iştirak edirdilər. Bu münaqişə postsovet məkanında yeganə münaqişədir ki, Rusiya və Qərb arasındakı qarşılıqlı əməkdaşlıq hələ də kəsilməyib. Moskva və Vaşinqton bu gün Azərbaycan və Ermənistan arasında kompromis tapa bilməz. Bu kompromisi Bakı və Yerevan özü tapmalıdır. Status-kvonun Moskva və ya Vaşinqton tərəfindən pozulmasını gözləmək də yersizdir”.

Rusiyalı politoloq Cənubi Qafqazdakı münaqişələrin güc yolu ilə həllinin mümkün olduğunu da söyləyib: “Çox vaxt fikirlər səslənir ki, Cənubi Qafqazdakı münaqişələrin ancaq sülh yolu ilə həlli mövcuddur. Xeyr, bu belə deyil. Bütün münaqişələrin güc yolu ilə həlli olduğu kimi, Cənubi Qafqazdakı münaqişələrin də güc yolu ilə həlli mövcuddur. Ərazi bütövlüyü məsələsi ancaq güc yolu ilə həll edilir. Biz bunu Balkanlarda da gördük. Xorvatiya öz ərazi bütövlüyünü müharibə yolu ilə həll elədi. Lakin münaqişənin güc yolu ilə həlli üçün müharibə ssenarisinin təminatçısı və siyasi şərt lazımdır. Əgər bunlar yoxdursa, o zaman müharibə yolu ilə həll mümkün deyil. Bu zaman da münaqişənin həlli uzanacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə