Загрузка...
Xəbər lenti

Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İşıq və qazın qiyməti bahalaşacaq? – RƏSMİ

04 May 2017 / 15:47 / Baxış sayı: 340
Font1 Font2 Font3 Font4
“Azərenerji” ASC-nin məcmu öhdəliklərinin 70%- xarici valyutada ifadə olunub, bu səbəbdən dövlət şirkətinin məzənnə dəyişkənliyinə həssaslığı qalmaqdadır. “APA-Economics” xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, ASC-nin xarici öhdəliklərinin mütləq əksəriyyəti avro, ABŞ dolları və Yaponiya yenində ifadə olunub. “Şirkətin daxilolmalarının milli valyutada olması məzənnə dəyişkənliyini daha da həssaslaşdırır”, – deyə məlumatda vurğulanıb.
“Fitch” açıqladığı rəqəmlərə əsasən, manat devalvasiyaya uğradıqdan sonra “Azərenerji”nin borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata çatıb. “Devalvasiyadan sonra hökumət “Azərenerji”nin kapitalına yatırım edib ki, bu vəsait dövlət şirkətinin öhdəliklərini qismən örtüb”.
Bildirilir ki, “Azərenerji”nin maliyyə göstəriciləri və likvidliyi zəifləyib. Bunun da əsas səbəb kimi manatın devalvasiyaya uğraması göstərilir. “Devalvasiya xarici borcun artmasına və tariflərin təyin olunmasında balanslaşdırılmamış mexanizmin yaranmasına səbəb olub. Ötən ilin noyabr ayının 16-da təbii qaz tarifləri təxminən 50% artıb. Halbuki elektrik enerjisinin tarifləri ötən ilin iyun ayında 5%, noyabrın sonunda isə əlavə olaraq 33% artıb. “Azərenerji”dən verilən məlumata görə, elektrik enerjisi və qaz tariflərində artım gözlənilmir”.

arxiv.bizimxeber.az

Şərh yazmağa icazə verilməyib..

Yuxarı Geri Ana səhifə