Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Fərəcovun qardaşı oğlu adam öldürdü… – ARAŞDIRMA
Zakir Fərəcovun qardaşı oğlu adam öldürdü… – ARAŞDIRMA
04 May 2017 / 16:01 / Baxış sayı: 1866
Font1 Font2 Font3 Font4

Dünən Bakının Bakıxanov qəsəbəsində “Porsche Cayenne Magnum” markalı avtomobillə gənc qızın həyatına son qoyan Ağaəli Fərəcovun atası ilə bağlı maraqlı məlumatlar məlum olub. A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur.

Criminal.az  xəbər verir ki, F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki ”Badu kübə” restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq “MOHİTO” və “PARODİZ” klubları tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən niyə imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı. Ağəli Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur.

Qeyd olunur ki, mərhum X.Məmmədova 2 uşaq anası idi və o, paytaxtdakı gözəllik salonlarından birində işləyirdi.

Xatırladaq ki, dünən 24 yaşlı Xəyalə Məmmədovanı Fərəcli Ağaəli qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə vurub qaçıb. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır. X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.

arxiv.bizimxeber.az

 







 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə