Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əhməd Muxarovun yeznəsi Ucar sakinlərinə murdar su içirdir- ŞİKAYƏT
Əhməd Muxarovun yeznəsi Ucar sakinlərinə murdar su içirdir- ŞİKAYƏT
04 May 2017 / 16:53 / Baxış sayı: 820
Font1 Font2 Font3 Font4

“Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinovun yaratdığı özbaşınalığın nəticəsində rayon sakinlərinə çirkablı, murdar içməli su verilir”. Belə bir müraciət arxiv.bizimxeber.az-ın elektron ünvanına Ucar rayon sakinləri tərəfindən ünvanlanıb. 

Vətəndaşlar bildirir ki, Ucar rayon Su Kanal İdarəsində nəzarətsizlik nəticəsində sakinlərin krantlarından içməli su ilə xırda balıqlar, qurbağalar, qurdlar və zir-zibil gəlir ki, buda əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoyub.ehmed muxtarov

arxiv.bizimxeber.az-a daxil olan məlumatda həmçinin əlavə olunur ki, Ucar rayonunda Su Kanal İdarəsinin fəaliyyətini iflic edən Asif Şirinov qohumu (yeznəsi) Hacıqabul Rayon İcra Hakimiyətinin başçısı Əhməd Muxtarova arxayın olub korrupsiya əməlləri ilə məşğul olur: “Korrupsiyaya qurşanmış Asif Şirinov dövlətin ayırdığı vəsaiti atasının malı kimi talan edib özünə var-dövlət əldə etmişdir. Bakı şəhərində bir neçə mənzillərə, bahalı avtomobillərə, mal-qoyun fermalarına, hektarlarla torpaq sahələrinə, ticarə obyektlərinə sahib olan Asif Şirinovun yarıtmaz fəaliyyətindən Ucar sakinləri çox əziyyət çəkirlər”.

Məlumatda bildirilir ki, rayonun kanalizasiya sisteminin yenidən qurulmasına baxmayaraq işləmir və nəticədə üfunət iyi, antisanitariya mənbəyinə çevrilib: “Çıxılmaz bir vəziyyətdə qalmışıq. Hacqabul rayonunu 10 ildir zəlil etmiş icra başçıs Əhməd Muxtarovun qohumu Asif Şirinov isə Ucar sakinlərini zülmə salıb. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirik dövlətin ayırdığı vəsaiti talan edib sakinlərə çirkab, mundar zibilli su içirdən, rayonda təhlükəli xəstəlikləri yayan Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun barəsində ciddi tədbirlər görəsiniz”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə