Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

 Yeva Louzeyə SDU-nun Fəxri doktoru adı verildi
 Yeva Louzeyə SDU-nun Fəxri doktoru adı verildi
04 May 2017 / 17:55 / Baxış sayı: 402
Font1 Font2 Font3 Font4

Mayın 4-də Sumqayıt Dövlət Universitetində Almaniyanın ilk burqomestri, Almaniya şəhər Bələdiyyələri Assosiasiyasının sədri Yeva Louzeyə universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirildi.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Almaniya və Sumqayıt şəhərnin ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı, onların universitetə gəlişlərini əlamətdar hadisə adlandırdı. Azərbaycanla Almaniya Federativ Respublikası arasında siyasi, iqtisadi, mədəni, elm və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirən rektor əminliklə vurğuladı ki, Sumqayıt Dövlət Universitetində keçirilən bu tədbir ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verəcək.

Görüşdə rektor universitet haqqında ətraflı məlumat verərək bildirdi ki Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri olan, cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti 55 illik yubileyi ərəfəsindədir. Prof.Elxan Hüseynov ölkəmizdə bir çox sahədə olduğu kimi təhsil sistemində də aparılan uğurlu islahatlardan bəhs edərək qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra təhsilimiz milli əsaslar üzərində yenidən quruldu. Ulu öndər Heydər Əliyevin qarşısına qoyduğu bu məqsədə çatmaq üçün verdiyi fərman və sərəncamlar təhsilimizin uğurlu inkişafını təmin etdi. Ulu öndər Sumqayıt şəhərində yaşayan gənclərin ali təhsilinin inkişaf etdirilməsi, milli ideologiyamızın formalaşdırılması, müstəqil dövlətimizin möhkəmlənməsi naminə 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin yaradılması haqqında qərar verdi.

Bu müdrik siyasi xadimin əsas məqsədi millətini savadlı, bacarıqlı və böyük siyasi-iqtisadi gücə malik bir dövlət kimi qüdrətli dövlətlər sırasında görmək idi və buna da nail oldu. Ulu öndər hakimiyyətdə olduğu illərdə hər zaman Sumqayıta diqqət və qayğı göstərmiş və bunun nəticəsi olaraq Sumqayıta 16 dəfə səfər etmiş, 1971-ci il aprelin 7-də Üzvi Sintez zavodundakı çıxışından sonra şəhərdə böyük canlanma, yenidənqurma işləri sürətlənmişdir.

Çünki Sumqayıt keçmiş Sovet məkanında ən gənc və ən qüdrətli sənaye mərkəzlərindən biri olmuşdur. Sumqayıt Dövlət Universiteti 1960-1961-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun yaratdığı tədris məntəqəsi kimi fəaliyyətə başlasa da, 1962-1975-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun filialı kimi, 1975-1992-ci illərdə Ali Texniki Təhsil Məktəbi, 1992-2000-ci illərdə isə Azərbaycan Sənaye İnstitutu kimi fəaliyyət göstərirdi. Bu gün universitetimizdə 7 fakültə, 29 kafedra və 6 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir, Azərbaycan bölməsi ilə yanaşı rus bölməsi də daxil olmaqla 5500-dən çox bakalavr, 223 magistrant, 106 doktorant və dissertant, 7 elmlər doktoru hazırlığı yerinə yetirilir.

Universitetin beynəlxalq əlaqələrindən söhbət açan rektor onu da qeyd etdi ki, hal -hazırda Köln Texniki (Almaniya ), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya)

və s. ilə ikitərəfli müqavilələr imzalamışıq. Universitetimiz TEMPUS layihəsi çərçivəsində 4 uğurlu layihənin iştirakçısı olmuş, burada 8 müasir tədris laboratoriyası yaradılmış və yüksək avadanlıqlarla təchiz olunmuşdur. Bu qəbildən olan “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin bolonya prosesinə uyğunlaşdırılması layihəsi” artıq başa çatmışdır. Layihə çərçivəsində əməkdaşlarımız bir neçə dəfə Avstriyanın Qrats Texniki Universitetində və Almaniyanın Köln Tətbiqi Elmlər Universitetində ezamiyyətdə olmuş, layihənin gedişatı və görüləcək işlərin müzakirəsində iştirak etmişlər.

Layihənin işçi planına uyğun olaraq Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən ASİİN müstəqil akkreditasiya agentliyi tərəfindən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Elektroenergetika mühəndisliyi” bakalavr və “Enerji menecmenti” magistr proqramına keyfiyyət möhürlərinin verilməsi üçün görülmüş işlərin auditi keçirilmiş, nəticədə Azərbaycanda ilk dəfə olaraq Sumqayıt Dövlət Universitetinə 2 bakalavr ixtisası və 1 magistr ixtisaslaşması üzrə mütəxəssis hazırlığının Avropa standartlarına uyğunluğu haqqında həmin ixtisaslara Avropanın tanınmış akkreditasiya agentliyi olan ASİİN tərəfindən 5 illik keyfiyyət möhürləri – sertifikat verilmişdir. Həmçinin ERASMUS+LPEB, UNİVİA, ESFİDİP TEMPUS layihələri, “Mevlana Mübadilə Proqramı” və s. layihələr uğurla gerçəkləşir.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür.

Bu səbəbdən də universitetimiz beynəlxalq əlaqələrini daha da genişləndirir, kadr potensialını gücləndirilməsi istiqamətində böyük layihələrə imza atır, xaricdən mütəxəssislər dəvət edir.Sumqayıt Dövlət Universitetinin dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələri genişlənir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirilir.

Rektor çıxışının sonunda Sumqayıt Dövlət Universiteti Elmi Şurasının 3 may 2017-ci il tarixli iclasında Yeva Louzeyə Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru adının verilməsi haqqında qərarını elan etdi. Bildirdi ki, ali qonaq Sumqayıt- Lüdviqshafen şəhərləri arasında qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə SDU-nun Fəxri doktoru adına layiq görüldü. Rektor Fəxri doktor diplomunu, medal və mantiyanı ali qonağa təqdim etdi.

Sonra dos.Yeva Louze SDU-nun Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə etdi, Azərbaycan-Almaniya münasibətlərindən danışdı və əlaqələrin hazırkı vəziyyətindən razılığını bildirdi, o cümlədən təhsil sahəsində əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tədbir iştirakçılarını salamladı, qonağı şəhərimizin qabaqcıl ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru adının alması münasibəti ilə təbrik etdi. İki şəhər arasında dostluq əlaqələrinin inkişafından söhbət açan cənab Zakir

Fərəcov qeyd etdi ki, bu əlaqələrin sonrakı inkişafında SDU-nun tələbə gənclərinin xüsusi rolu olacaqdır. İcra başçısı onu da diqqətə çatdırdı ki, Sumqayıt hələ sovetlər dövründən bir neçə ölkənin şəhərləri ilə qardaşlaşıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu şəhərlərin sayı artmaqla yanaşı, dostluq əlaqələri də genişləndi. Belə əlaqələrdən biri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə quruldu.

Şəhər sakinləri arasında alman parkı kimi tanınan Lüdviqshafen istirahət parkı da bu əlaqələrin 20 illiyi münasibətilə 1997-ci ildə salındı. Lüdviqshafendə isə küçələrdən birinə Sumqayıt adı verildi. İcra başçısı onu da qeyd etdi ki, Sumqayıt yalnız Lüdviqshafenlə deyil, dünyanın 11 ölkəsinin 13 şəhəri ilə dostluq əlaqələri qurub. Bu gün Sumqayıtla Lüdviqshafenin tərəfdaşlıq münasibətlərinin 40 ili tamam olur. Bu münasibətlə hər iki dost şəhərin nümayəndələrini təbrik edirəm.

arxiv.bizimxeber.az

SDU_5921 SDU_5979



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə