Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Petkim”in mənfəəti kəskin artıb
“Petkim”in mənfəəti kəskin artıb
05 May 2017 / 11:53 / Baxış sayı: 152
Font1 Font2 Font3 Font4

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in bu ilin I rübünün yekunlarına dair maliyyə göstəriciləri açıqlanıb.

“Report” Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu – KAP) yer alan məlumata əsasən xəbər verir ki, şirkətin bu ilin I rübündə xalis mənfəəti 365,9 mln. lirə (TRY) təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 2,5 dəfə çoxdur.

Müstəqil auditdən keçməmiş hesabata əsasən, 31 mart 2017-ci il tarixinə “Petkim Holding”in törəmə qurumlarla birlikdə aktivləri 7,292 mlrd. lirə təşkil edib. 31 dekabr 2016-cı ildə bu göstərici 6,269 mlrd. lirə olub.

Qeyd edək ki, I rübdəki mənfəət göstəricisi bazar proqnozlarından yüksək olub. Bu ilin I rübündə “Petkim”in mənfəətinin 225 mln. TRY olması proqnozlaşdırılırdı.

Bu ilin yanvar-mart ayları üzrə konsolidə olunmuş maliyyə göstəriciləri “Petkim Holding”in İdarə Heyəti tərəfindən mayın 4-də təsdiqlənib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə