Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İSESCO baş direktoru: “BMT TŞ vəzifəsini yerinə yetirə bilmir”
İSESCO baş direktoru: “BMT TŞ vəzifəsini yerinə yetirə bilmir”
05 May 2017 / 12:16 / Baxış sayı: 100
Font1 Font2 Font3 Font4

“Azərbaycan prezidenti mədəniyyətlərarası dialoqun inkişafı üçün dəstəyini əsirgəmir. Bu gün Azərbaycan ahəngdarlıq ölkəsidir”.

Bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri söyləyib.

İSESCO-nun baş direktoru deyib ki, Azərbaycan sülh, demokratiya və inkişaf ölkəsidir: “Dünyaya sülh lazımdır. Ancaq sülh fobiyalar, ədalətsizlik olduğu şəraitdə mümkün deyil. Ancaq super güclər yalnız öz maraqları üçün mübarizə apardıqları üçün buna nail ola bilmirik. Dağlıq Qarabağ münaqişəsi də bunu göstərir. Azərbaycanın ərazi bütövlüyü pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bu gün Suriyada mədəni irs məhv edilir. BMT Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirə bilmir”.

Əbdüləziz bin Osman əl-Tüveycri bildirib ki, bu gün zənginlər daha da zənginləşir, yoxsullar daha da yoxsullaşır: “Mən buna qarşıyam, bu, səfeh hərəkətdir. Zəngin ölkələr bir yerdə, kasıb ölkələr bir yerdə qalıb. İSESCO bu istiqamətdə işləyir. Apardığımız fəaliyyət dialoqun inkişafına, xalqların yan-yana dinc şəraitdə yaşamasına yönəlib. Azərbaycan prezidentinin üzərinə götürdüyü məramın yerinə yetirilməsinə də töhfə verəcəyik”. (apa)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə