Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masallıda dünyasını dəyişmiş 74 yaşlı qadınla bağlı təfərrüatlar üzə çıxıb
Masallıda dünyasını dəyişmiş 74 yaşlı qadınla bağlı təfərrüatlar üzə çıxıb
05 May 2017 / 12:38 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

Masallı rayonunda yaşadığı mənzildə qətlə yetirildiyi iddia olunan 74 yaşlı Gülgəz İsrafilovanın ölümü ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

“Report”un məlumatına görə, rayonun Ərkivan qəsəbəsi Abbaslı məhəlləsindəki evində tənha yaşayan 74 yaşlı qadının oğlu anasından xəbər tutmaq üçün evlərinə zəng vurub. Telefon zənginə də cavab vermədikdə narahat olub anasının yaşadığı evə gəlib. Qapını bağlı gördükdə pəncərədən evə daxil olub və anasını ölmüş vəziyyətdə görüb. Həyəcanlı halda qonşulara anasının öldürüldüyünü deyib.

Hadisə yerini müayinə edən hüquq-mühafizə orqanı əməkdaşları evdə hər hansı bir qarət əlamətinin olmadığını müəyyən ediblər. Aparılan araşdırmalar nəticəsində qadının şəkərli diabet xəstəsi olduğu, sübh vaxtı namaza durarkən halının pisləşdiyi və yıxılaraq başından xəsarət aldığı müəyyən edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə göndərilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma davam edir.

*   *   *10:25

Masallıda yaşlı qadın qətlə yetirilib.

“Report”un verdiyi xəbərə görə hadisə rayonun Ərkivan qəsəbəsində Abaslı məhəlləsində baş verib. Qonşuların bildirdiyinə görə evdə tək yaşayan Gülgəz İsrafilovanın evinə gecə saatlarında basqın olub.

Təxminən 70 yaşlarında olan qadının baş nahiyəsinə kərpic parçası ilə ağır zərbə endirilib. Nəticədə, köməksiz qalan qadın dünyasını dəyişib.

Evə qarət məqsədilə basqın edildiyi deyilir. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb. Hadisə yerinin müayinəsi aparılır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə