Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Günahkar onun atasıdır” – Qənira Paşayevadan sərt sözlər
“Günahkar onun atasıdır” – Qənira Paşayevadan sərt sözlər
05 May 2017 / 15:14 / Baxış sayı: 1170
Font1 Font2 Font3 Font4

“Bir az öncə çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və sair və həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə ata-analar öz övladlarını necə bədbəxt edirlər deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır”.

BakiPost.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva 14 yaşlı biznesmen oğlu Ağaəli Fərəclinin törətdiyi qəza hadisəsinə münasibət bildirərkən deyib. O, bu hadisədə uşağın atası Füzuli Fərəcovun günahkar olduğunu deyib: “14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır ilk öncə 24 yaşlı gənc ananın ölümündə günahkar. Yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk öncə suçlu olan. Bu uşağın şəhərdə sənədsiz necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa hansı addımlardır ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək.

Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təəssüf, qınaq və hiddət hissi ilə… Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tədbiyəsinə… Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksi, nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa o ailə və iki uşaq anasını yetim qoyan o “uşaq” bir ömür vicdan əzabı cəzası çəkəcəklər”.

Deputat qeyd edib ki, bu bu cinayət cəzasız qala bilməz və qalmamalıdır: “Zəngin insanlar bu hadisəyə, insanların haqlı hiddətinə, qəzəbinə, etirazına diqqətlə yanaşmalı və dərs almalıdırlar. Müvafiq qurumlar da ciddi tədbirlər görməlidirlər. Qanunlar qarşısında hamı eyni olmalıdır. Porşe avtomobili də onun sahibi də qanun ve qaydalardan üstün deyil və olmamalıdır.

Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə