Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Borclu vergi ödəyicilərinin əmlakı elektron hərraclarda satılacaq
Borclu vergi ödəyicilərinin əmlakı elektron hərraclarda satılacaq
05 May 2017 / 17:41 / Baxış sayı: 274
Font1 Font2 Font3 Font4

Azərbaycan Nazirlər Kabineti “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları”nı təsdiq edib.

arxiv.bizimxeber.az Trend-ə istinadən xəbər verir ki, bu qaydalarda istifadə olunan “elektron hərrac” anlayışı icra məmurunun sifarişi əsasında vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracın təşkilatçısı tərəfindən rəsmi internet saytı vasitəsilə elektron qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satışı mənasını ifadə edir.

Vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışının daha operativ və səmərəli həyata keçirilməsi, dövlət büdcəsindən yayındırılmış vergi borclarının alınması ilə bağlı icraat prosesinin sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin olunması məqsədi ilə icra məmurları tərəfindən siyahıya alınmış əmlakların elektron hərrac vasitəsilə satılması üçün elektron hərracın təşkilatçısına sifarişlər verilir.

Elektron hərrac zamanı elektron hərracın hər hansı bir iştirakçısına digərlərindən fərqli və (və ya) qanunvericilikdə nəzərdə tutulmayan güzəştlərin verilməsinə, elektron hərracın təşkilatçısı tərəfindən iştirakçıların rəqabət aparmasına məhdudiyyətin qoyulmasına yol verilmir.

Ərizəçi elektron hərraca Vergi Məcəlləsinin və bu Qaydaların tələblərinə əməl etməklə elektron hərracın istənilən mərhələsində qoşula bilər.

Elektron hərracda alıcı kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər və hüquqi şəxslər iştirak edə bilərlər.
Birinci elektron hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, elektron hərracın təşkilatçısı hər növbəti elektron hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, özünün rəsmi internet saytında, digər internet saytlarında və sosial şəbəkələrdə elektron hərraca çıxarılacaq əmlaklar barədə elan yerləşdirir.

Sonrakı elektron hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud, bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə