Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Araz Əzimov: “Nyu-Yorkda oturub, Qarabağ məsələsini həll etmək olmaz”
Araz Əzimov: “Nyu-Yorkda oturub, Qarabağ məsələsini həll etmək olmaz”
06 May 2017 / 11:10 / Baxış sayı: 94
Font1 Font2 Font3 Font4

“Yalnız effektiv beynəlxalq əməkdaşlıq dünyada mövcud olan münaqişələrin həllinə gətirib çıxara bilər”. Bunu Azərbaycanın xarici işlər naziri müavini Araz Əzimov deyib.

Bu xüsusda nazir müavini Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, bu təşkilat sankı məsələdən uzaqdır: “Rusiya, ABŞ, Fransa öz məsələləri ilə məşğuldurlar. Onlar öz məqsədlərini güdürlər. Beləliklə, biz maraqların üçbucağında qaldıq, münaqişə isə həll olunmur. BMT də öz üzərinə məsuliyyət götürüb, amma münaqişənin həllinə təsir göstərə bilmir. Bunun üçün beynəlxalq “oyunçular” fəaliyyətini artırmalıdırlar, Nyu-Yorkda oturub, analiz etməklə deyil. Münaqişə regionları ilə sıx işləmək lazımdır. BMT Təhlükəsizlik Şürasının 4 qətnaməsi var və orada münaqişənin həllinin yolları göstərilib”.

A.Əzimov deyib ki, ATƏT-in Minsk qrupunun üzvləri bu sənədlər əsasında hərəkət etməlidir: “Eyni zamanda lazımdır ki, münaqişə tərəfləri beynəlxalq qanunları düzgün interpretasiya etsinlər və beynəlxalq təşkilatlar bu məsələdə dəstək verməlidirlər”.

*   *   *10:56

“Azərbaycan beynəlxalq əməkdaşlığa töhfə verən ölkələrdəndir. Azərbaycanın bir növ öz brendləri formalaşıb, bu da multikulturalizm, tolerantlıqdır”.

“Report”un məlumatına görə, bunu IV Bakı Mədəniyyətlərarası Qlobal Forumu çərçivəsində keçirilən “Sülh qurarkən: BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti” paneldə Azərbaycan xarici işlər nazirin müavini Araz Əzimov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycan YUNESKO ilə əməkdaşlığın 25 illiyini qeyd edəcək: “Biz dünyaya öz nailiyyətləri nümayiş etdirmək istəyirik”.

A.Əzimov deyib ki, forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil.

Nazir müavini həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun fikrincə, münaqişənin əvvəlində müəyyən tədbirlər görmək olardı. “Hazırda bu vəziyyət Gürcüstanda baş verir. Orada vəziyyət nəzarətdən çıxıb və Gürcüstan preventiv tədbirlər görməli olur. Xüsusi olaraq, beynəlxalq qurumların hansı tədbir görüb-görməməyini də qeyd etmək istəyərdim. Əgər biz beynəlxalq qanunlardan danışırıqsa, gərək hər bir cəmiyyətin nümayəndələri buna hörmət eləsin”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə