Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Novruz Məmmədov: “20-30 ildir ki, beynəlxalq hüquq arxivə qoyulub”
Novruz Məmmədov: “20-30 ildir ki, beynəlxalq hüquq arxivə qoyulub”
06 May 2017 / 11:18 / Baxış sayı: 70
Font1 Font2 Font3 Font4

“Azərbaycan Prezidenti ilə görüşdə Avropa nümayəndə heyətinin rəsmisi dedi ki, siz böyük dövlətsiniz və rəhbər kimi də böyük işlər görürsünüz. Bu, məni biraz düşündürdü. Azərbaycan kiçik dövlətdir: həm ərazisi, həm də əhalisinin sayına görə. Amma sonra anladım ki, Azərbaycan son 10 il ərzində çox böyük tədbirlər keçirib”.

Publika.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” adlı panel iclasında çıxışı zamanı bildirib.

N.Məmmədov Azərbaycanın BMT ilə əməkdaşlıq məsələsində xüsusi seçilən ölkə olduğunu bildirib:

“Son 20-30 ildə terror təşkilatlarının, terrorçuların sayı artır. Bu qədər görülən işlər, tədbirlər bu prosesin qarşını ala bilmir. Təəssüflər olsun ki, hazırda dünyada aktorların sayı artıb. Artıq yalnız dünya dövlətləri deyil, həm KİV-lər, QHT-lər aktor səviyyəsinə gəlib. Artıq terror təşkilatları da aktora çevriliblər. Bunları Azərbaycan kimi kiçik dövlətlər yaratmayıb. Azərbaycan müstəqilliyinin ilk illərindən bir milyon qaçqınla öz müstəqil dünyəvi demokratik dövlətini qurub. Lakin bir milyon qaçqının necə yaranması heç bir beynəlxalq təşkilatı, dövləti maraqlandırmır. 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır. Lakin bununla bağlı heç bir böyük dövlət, təşkilat konkret mövqe bildirmir. Bilirsiniz nə üçün? Çünki son 20-30 ildir ki, beynəlxalq hüquq arxivə qoyulub. İmzalanan bəyənatlar, sənədlər heç bir yerdə həyatımızı tənzimləmir”.

PA rəsmisi qeyd edib ki, böyük dövlətlər, böyük aktorlar problemləri öz aralarında həll etməyə çalışırlar:

“Sülhün, təhlükəsizliyin tərəfdarı olan Azərbaycan kimi 100-dən artıq kiçik dövlətlər isə oturub sabah bir il sonra nəyin baş verə biləcəyini gözləyir. Bu gün beynəlxalq münasibətlərdə çatışmayan bir şey var – ədalət. Bütün proseslərə ədalətli yanaşma olmasa, beynəlxalq hüquq mümkün deyil”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə